backend

Qadın alveri ilə məşğul olan şəxs tutuldu

Qadın alveri ilə məşğul olan şəxs tutuldu
















Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxs həbs edilib.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilir ki, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Aygün Xankişiyevanın 2016-cı ilin fevral-aprel ayları ərzində qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib. Həyata keçirilmiş tədbirlərlə o, tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.