backend

Hüseynbala Mirələmovun qohumundan “yaşıl terror” – Fotolar

Hüseynbala Mirələmovun qohumundan “yaşıl terror” – Fotolar















Deputat Hüseynbala Mirələmovun qohumu Lerikdə oksigenə düşmən kəsilib. Rayonun Feysbuk fəallarından olan Azər Lerik Talışlı adlı istifadəçi Ekologiya İdarəsinin Baş inspektoru İbadət Əliyevin “yaşıl terroru”nu lentə alıb.

24saat.org xəbər verir ki, Hüseynbala Mirələmovun qohumu meşələrdə qanunsuz ağac kəsirlərsə onu qanuni aktlaşdırır.

Ekologiya İdarəsində müvəqqəti rəis Eyvaz Babayev və İbadət Əliyev Ambu və Dəvrədibi meşələrinəki kəsdikləri ağaclardan düzəldilmiş taxtaları yeri qazıb basdırırlar.

Artıq 100-150 kub basdırıblar. A.Lerikli yazıb ki, Eyvaz Babayev 38 meşə gözətçilərinin (meşəbəyi) maaş kartlarını bunlara verməyibmiş.

Onların 185 manatına da göz dikib. Əlavə olaraq Babayev hər iki aydan bir bu insanlardan guya ağac əkməyə görə müəyyən məbləğ alır. 600-700 manat maaş alan E.Babayevin hansı pulla bu imarəti tikdirdiyi sual oluna bilər.

Lerik rayon Ekologiya İdarəsinin işçiləri Piran kəndində insanlara güclə akta qol çəkdirmək istəyiblər ki, guya meşələrdə ağac kəsilməsi yalandır. Bir çox insan bu akta qol çəkməyib və mübahisə yaranıb. Lerik rayonunda Bırkandul meşələri da beləcə qırılır.


Hüseynbala Mirələmovun qohumundan “yaşıl terror” – Fotolar
Hüseynbala Mirələmovun qohumundan “yaşıl terror” – Fotolar
Hüseynbala Mirələmovun qohumundan “yaşıl terror” – Fotolar