backend

Bakıda ət kəsimi ilə bağlı - AÇIQLAMA

Bakıda ət kəsimi ilə bağlı - AÇIQLAMA

“Dünyada olduğu kimi, şəhərdə bu qəti qadağandır”.

Bakıda ət kəsimi üçün 2-3 yer müəyyənləşib.

Hazırda Bakıda ət kəsimi ilə bağlı şəhərdən kənar, müasir və dünya standartlarına uyğun müəssisələr yaradılır.

qaynarxett.az APA-Economics-ə istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

Nazir müavini qeyd edib ki, hazırda bu istiqamətdə ciddi işlər aparılır.

“Artıq Bakı şəhərinin iki-üç hissəsində müvafiq yerlər müəyyənləşib. Dünyada olduğu kimi, şəhərdə ət kəsimi qəti qadağandır”, - deyə İ.Quliyev əlavə edib.