backend

Bank olmayan kredit təşkilatları ilə bağlı – AÇIQLAMA

Bank olmayan kredit təşkilatları ilə bağlı – AÇIQLAMA

“Buna hələlik ehtiyac yoxdur”.

Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) üçün minimum kapital tələbinin artırılmasına hələlik ehtiyac yoxdur.

qaynarxett.az Marja-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının İcraçı direktoru Jalə Hacıyeva bildirib.

“Hazırda rəqabət tam olmadığından buna hələlik ehtiyac yoxdur. Düşünürəm ki, bazarın inkişafı üçün vaxt lazımdır”, - o deyib.

O qeyd edib ki, hazırda BOKT-lar üçün kapital tələbi 300 min manat təşkil edir.

“Bu gün BOKT-lar depozit cəlb etmirlər, yalnız kreditləşməni həyata keçirirlər. Kapital tələbi hazırda banklar üçün artırılır. Bu gün bir-iki mikromaliyyə təşkilatı depozit qəbul etməyə özünü hazır hesab etsə də, qanun buna imkan vermir. Bunun üçün bank lisenziyası tələb olunur”, - J.Hacıyeva sözünü yekunlaşdırıb.