backend

SARKİSYANIN SEKS RÜSVAYCILIGI - Erməni mətbuatı yazdı - ŞOK!!!

SARKİSYANIN SEKS RÜSVAYCILIGI - Erməni mətbuatı yazdı - ŞOK!!!

Rusiyanın ABŞ-ın yeni prezidenti Donald Trampı etibardan salan informasiyalara malik olması haqqında iddia gündəmdən düşmür. “Buzfid” nəşri yazır ki, Rusiya xüsusi xidmət orqanları Trampın fahişələri dəvət etdiyi “Ritz Çarlton” otelini dinləyiblər. Məlumata görə, yeni prezident Rusiyaya səfərləri zamanı elit fahişələrlə “eyş-işrət” məclisləri qurub.

Bu iddialardan sonra Ermənistan mediası “Rusiyada Sarkisyan haqqında hansı məlumatlar var” sualını gündəmə gətirib.

“Armenianreport” saytında Razmik Akopjanyan imzası ilə yayımlanan məqalədə deyilir ki, Sarkisyanın Rusiyanın bütün təlimatlarını yerinə yetirməsi şübhələrə yol açır:
“Ola bilərmi ki, Tramp kimi Ermənistan prezidentinin də hansısa “eyş-işrət” məclisində olan görüntüləri Rusiyanın əlindədir? Yaxud mümkündür ki, Sarkisyan haqqında dəlillər onun Ermənistandan oğurladığı pullarla bağlıdır. Hər şeydən öncə mövcud situasiya belə düşünməyə əsas verir. Çünki Rusiya əmr edir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına daxil olsun. Sarkisyan razılaşır. Sabah əmr etsə ki, Qarabağı qaytar, bu mütləq baş verəcək. Sarkisyanın hansısa görüntüsünün Rusiyada olduğu təsdiqlənməyib. Lakin bununla bağlı şaiyələr var”.

Erməni müəllif yazır ki, Sarkisyan haqqında Rusiyanın əlindəki dəlillərin Trampla müqayisədə daha böyük olduğu deyilir.

“Bilən insanlar danışır ki, nə vaxtsa bu biabırçı detallar açıqlanacaq. Bu, həm də ona görə inandırıcıdır ki, Rusiyada hələ SSRİ dövründən şantaj ənənələri var”, - deyə məqalədə bildirilir.