backend

SON DƏQİQƏ: Abdullah Öcalanın ölüm xəbəri yayıldı

SON DƏQİQƏ: Abdullah Öcalanın ölüm xəbəri yayıldıTürkiyədə PKK lideri Abdullah Öcalanın ölüm xəbəri yayılıb.

PKK liderinin ailəsi və rəsmilərlə görüşməməsi bu ehtimalları artırıb. Məsələ bir çox saytlar tərəfindən işıqlandırılıb və sosial mediada geniş paylaşılıb. Nəticədə, Türkiyə rəsmiləri bu xəbəri təkzib etsə də Türkiyə parlamentinin üzvü, Milliyətçi Hərəkat Partiyasının (MHB) Ankaradan seçilmiş millət vəkili Şevkət Çətin hazırda Öcalanın saxlandığı adaya girişin qadağan edildiyi və mətbuata susmaq əmri verildiyini bildirib.

PKK-nın qurucusu və ilk lideri olan Öcalan 29 iyun 1999-cu ildə silahlı terror təşkilatı qurmaq və rəhbərlik etmək günahıyla edama məhkum edilib. Cəzası Avropa Birliyinin tələbi ilə ağırlaşdırılmış ömürlük həbs cəzasına çevrilib. Hazırda İmralı həbsxanasında dustaqdır. Qaynarxett.az