backend

Metroda qalmaqal

Metroda qalmaqal

Qadına söykənən gənci vaqondan düşürdülər.

Bu gün Bakı metropolitenində daha bir qalmaqallı olay yaşanıb.

Qaynarxettt.info Milli.Az-a istinadən xəbər verir ki, “Həzi Aslanov” – “İçərişəhər” istiqamətində hərəkət edən qatar “Gənclik” və “28 May” stansiyaları arasında tuneldə dayanıb. Bu zaman 20-22 yaşlı bir oğlan 35 yaşlarında olan xanıma söykənib. Qadın səs-küy salaraq etirazını bildirib. Qatar platformaya yaxınlaşan kimi bir neçə gənc həmin oğlanı vaqondan düşürüb. Xanım onu polisə vermək istəsə də, həmin oğlanlar buna icazə verməyib, onu metrodan çıxarıblar.

Xatırladaq ki, dünən də metroda buna oxşar hadisə baş vermişdi.