backend

Qaz olmayacaq

Qaz olmayacaq

Qaz ölçü qovşaqlarında işlər görüləcək.

Bu gün Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

qaynarxett.az APA-Economics-ə istinadən xəbər verir ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar bu gün saat 14:00-dan 16:00-dək Zaqatala, saat 16:00-dan 18:00-dək Balakən, saat 18:00-dək Tovuz rayonlarının bir hissəsinə, həmçinin mövcud qaz kəmərinin mənbəyə birləşdirilməsi, yenidənqurma, təmir-profilaktika işlərinin görülməsi ilə əlaqədar saat 15:00-dək Qəbələ, saat 17:00-dək Ağsu, saat 18:00-dək Nərimanov, Şamaxı və Lənkəran, saat 14:00-dan 18:00-dək Şəmkir, işlər başa çatanadək isə Nəsimi, Yasamal və Binəqədi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.