backend

SOCAR Ukraynada daha bir yanacaqdoldurma məntəqəsi açıb

SOCAR Ukraynada daha bir yanacaqdoldurma məntəqəsi açıb

A-92, A-95, A-95 TM “Nano” benzinləri və TM “Nano” dizel yanacaqları satılacaq.

Ukraynanın Rovensk vilayətində SOCAR brendi ilə yeni yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlayıb.

Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, Kiyev-Çop avtomobil yolunun üzərində yerləşən bu məntəqə SOCAR-ın Rovensk vilayətində ikinci, Qərbi Ukrayna ərazisində isə 11-ci premium-klass tipli YDM-idir.

Burada Polşa və Litvanın qabaqcıl emal zavodlarında Avro-5 ekoloji standartına uyğun istehsal olunan sertifikatlı neft məhsulları reallaşdırılır. Məntəqə ərazisində A-92, A-95, A-95 TM “Nano” benzinləri və TM “Nano” dizel yanacaqları ilə işləyən dörd paylayıcı kolonka quraşdırılıb. İriqabaritli yük maşınlarının TM “Nano” dizel yanacağı ilə təchiz edilməsi üçün sürətli paylayıcı kolonka fəaliyyət göstərir.

qaynarxett.az