backend

BƏD XƏBƏR - Kasıbların beli qırıldı!!!

BƏD XƏBƏR - Kasıbların beli qırıldı!!!

2016-cı ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2015-ci ilə nisbətən 2,6 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,9 faiz azalıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 3,4 faiz artıb

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2016-cı ilin dekabr ayında noyabr ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2,0 faiz, o cümlədən bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri uyğun olaraq 2,5 və 1,5 faiz artıb.

Ay ərzində bitkiçilik məhsullarından buğda, arpa, kartof, xiyar, xurma, nar, naringi, armud, heyvanın istehsalçı qiymətində artım müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Dekabr ayında heyvandarlıq məhsullarından süd, mal əti, qoyun əti, yumurtanın istehsalçı qiyməti artıb, digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.(bakıpost.az)

Yeni ildən isə bütün ərzaq məhsullarının sürətlə bahalaşması müşahidə olunur. Yaxın günlərdə bahalaşma dözülməz həddəcatagaqı gpzlənilir.

qaynarxett.az