backend

Lerikin Maliyyə müdiri topdağıtmaz sərvətə necə sahib olub? - ŞOK FAKTLAR

Lerikin Maliyyə  müdiri  topdağıtmaz sərvətə necə sahib olub? - ŞOK FAKTLAR
Azərbaycanda maliyyə sahəsində yaranmış xaos vəziyyəti artıq ölkəyə ciddi zərər vurmağa başlayıb. Neft pullarından bəhrələnən bəzi qurumlar büdcə vəsaitlərini talan etməklə məşğuldurlar. Onlardan biri də Lerik Maliyyə İdarəsidir.

İdarənin rəisi Elman Abbasov sözün həqiqi mənasında özbaşınalıqla məşğuldur. Belə ki, o, hesabat və məruzələrdə şişirdilmiş rəqəmlər göstərilir, idarənin fəaliyyətində “Dövlət büdcəsi haqqında” qanunun bir çox maddələri də kobud şəkildə pozur. Bu xüsusda təqdim edilən açıqlamalarda qeyd olunur ki, Lerik rayon Maliyyə şöbəsinin rəisi Elman Abbasovun öz işində yol verdiyi bir çox ciddi nöqsanlar müxtəlif vaxtlarda Maliyyə Nazirliyi tərəfindən aparılmış yoxlamalar zamanı da aşkar olunub. Lakin nədənsə həmin nöqsanların aradan qaldırılması və qanun pozuntularına yol vermiş idarə rəisinin cəzalandırılması istiqamətində konkret addımlar atılmayıb.

Təbii ki, əlaqədar instansiyaların problemlərə belə yanaşma tərzi bir tərəfdən vətəndaşların hüquqlarının pozulmasına, digər tərəfdən də dövlət vəsaitlərini külli miqdarda mənimsənilməsi hallarının daha da artmasına səbəb olur. Rəhbərləri “xüsusi imtiyazlardan” yararlanan maliyyə qurumlarının bir çoxu isə, müəyyən vasitələrlə bütün yoxlama və təftişlərdən yayınmağa müvəffəq ola bilirlər.

Həmçinin açıqlamalarda vurğulanır ki, qeyri-qanuni yollarla əldə etdiyi külli miqdarda sərvət sayəsində Lerikin maliyyə şefi daha yuxarı instansiyalarda yerləşmiş bəzi korrupsioner məmurlar arasında özünə himayədarlar tapa bilmişdir. Məhz elə bu himayədarların sayəsində də şöbə müdiri indiyədək bütün təftiş və yoxlamalardan özünü sığortalaya bilib. Bu yaxınlarda aldığımız məlumatlarda da təsdiq olunur ki, Maliyyə Nazirliyi tərəfindən Elman Abbasovun törətdiyi müxtəlif qanun pozuntulatına hələ də göz yumulur. Bu məmurun yarıtmaz fəaliyyəti isə rayonun bir çox qurum və müəssisələrinin işinə neqativ təsirsiz ötüşmür. Belə ki, mənbələrin iddialarına görə Lerikin istisnasız olaraq bütün idarə və təşkilatları onlar üçün ayrılmış dövlət vəsaitlərini yalnız maliyyə idarəsinin rəisi tərəfindən təyin olunmuş məbləğdə rüşvət ödəndikdən sonra almaq imkanı əldə edirlər.

Daxil olan məlumatlarda vurğulanır ki, çoxdandır ki, rayon Maliyyə şöbəsinə rəhbərlik edən Elman Abbasov rayona ayrılan maliyyə vəsaitlərini amansızcasına talayır. Büdcə təşkilatlarına ayrılan əmək haqlarının hər ay faizi çatmasa, heç bir təşkilat vaxtında əmək haqqı ala bilməz. « Ərazi icra nümayəndələri hər ay əmək haqlarının yarısını Lerikin yollarında, yarısını isə Elman Abbasovun yığımcıl maliyyə şöbəsində qoymalı olurlar. Əks təqdirdə süründürməçiliklə bir neçə gün rayonda onun-bunun qapısında qalmaqla daha artıq pul xərcləməli olurlar. Ona görə də Elman Abbasovu bəri başdan “görməklə” işlərini asanlaşdırırlar. Lerik rayonuna hər ay ayrılan milyonlarla vəsaitin ən azı bircə faizi Elman Abbasov dədə-malı kimi şəxsi büdcəsinə gedir. Özünün dediyinə görə, bu pullar onun əziyyətinin bəhrəsidir. Elman Abbasov hətta Maliyyə nazirinin və icra başçısının da bu məbləğdən xəbərdar olmalarını deməkdən belə çəkinmir”.

Aydındır ki, maliyyə idarəsində mənimsənilən külli-miqdarda dövlət vəsaitləri təkcə Elman Abbasovun cibinə girmir. Onun bu postda davamlı fəaliyyəti də mənimsənilən pullarla bölüşmək qabiliyyəti ilə təmin olunur.

Onu da qeyd edək ki, Elman Abbasov maliyyə maxinasiyaları bununla bitmir. Habelə, rayon maliyyə şöbəsinin rəisi ciddi maliyyə maxinasiyalara yol verib. İrimiqyaslı qanun pozuntusuna yol verən Elman Abbasov bəzi maliyyə məsələləri Fəxrəddin Əliyevin direktoru olduğu «DİCO» MMC-nin vasitəsilə həyata keçirib.

«DİCO» MMC-nin Lerik rayon Maliyyə İdarəsinin elan etdiyi tenderlərin demək olar ki, böyük əksəriyyətinin qalibi olub. Məlumatlı şəxs iddia edir ki, həmin tenderlərlə bağlı rayon ictimaiyyətinin nümayəndələrinə ətraflı məlumat verilməyib.

Leriklilərin çoxu sözügedən tenderlərin qeyri-şəffaf təşkil olunduğu qənaətindədir.

"DİCO» MMC Lerikdə az qala bütün sahələr üzrə satınalmalarda iştirak edir və tenderlərin əksəriyyətindən qalib kimi ayrılır. Elə bu səbəbdən də Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tez bir zamanda Lerik rayon Maliyyə Şöbəsinin və onun rəisinin fəaliyyətini araşdırıb. Lerikin təhsil və səhiyyə sahələrinin inkişafı üçün ayrılmış dövlət vəsaiti heç də tam həcmdə məqsədyönlü şəkildə xərclənmir.

Bu pulların hara və hansı məqsədlər üçün xərcləndiyinə dair sənədlərdə isə rəqəmlər şişirdilir. Həmin vəsaitlərin silinməsi üçün təkcə maliyyə idarəsi müdirinin deyil, həmçinin DİCO» MMC-nin direktoru Fəxrəddin Əliyevin də rolu var.

Bunun da nəticəsində külli miqdarda vəsait rayonda söz sahibi olan Elman Abbasov və onun yaxın adamı Fəxrəddin Əliyev arasında bölüşdürülüb. Maliyyə nazirinə məruzə olunan bu faktlardan sonra şöbənin ləğvi gündəmə gəlib. Eyni prosesin başqa rayonlarda da yaşanacağı istisna edilmir. (politika.az) Onun çeşidli pulsilmə əməliyyatları var ki, bu barədə növbəti yazılarımızda geniş bilgi verəcəyik. BİZİ İZLƏYİN!!!
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Qaynarxett.az