backend

İlham Əliyev hakimiyyəti refreş edir - Əhaliyə şad xəbər

İlham Əliyev hakimiyyəti refreş edir - Əhaliyə şad xəbər













2017-ci bu nazirlərin sonu ola bilər - Şok siyahı

Prezident İlham Əliyev 2017-ci ildə hakimiyyəti köklü dəyişəcək islahatlara hazırlaşır

Dövlət başçısının komandanı yeniləyəcəyi haqda məlumatlar təsdiqlənir.

Manatın tam üzən məzənnəyə keçidi, “Strateji Yol Xəritəsi”nin qəbul olunması, dövlət stukturlarında qənaət rejimi, icra hakimiyyətlərinə dotasiyaların kəsilməsi iqtisadi reformların mühüm istiqamətidirsə, digər tərəfdən kadr islahatları da aktuallaşıb.

Ölkə başçısı hakimiyyətdə tarazı pozan qüvvələrlə işləmək istəmir. 2017-ci il iqtidarın refreş edilməsi baxımdan mühüm təqvimdir.

Ekspertlərin qiymətləndirmələrinə görə, İ.Əliyev hakimiyyətini təzələmək və daha pe.rspektivli kadrların cəlb olunması ilə daxili siyasətini möhkəmləndirməyi hesablayır.

Məlumatlarda adı keçən komanda üzvlərindən kənd təsərrüfatı naziri Heydər Əsədov, səhiyyə naziri Oqtay Şirəliyev və iqtisadiyyat naziri Şahin Mustafayevin adı çəkilir.

Ölkənin üç mühüm sektorunun nazirləri böhrandan alnıaçıq çıxmaq üçün nə islahat paketi ilə çıxış ediblər, nə də bu sahələrdə çatışmazlıqları aradan qaldıran addımlar atıblar.

Politika.Az-ın Analitik Mərkəzinin verdiyi xəbərdə deyilir ki, SOCAR prezidenti Rövnəq Abdullayev, nəqliyyat naziri Ziya Məmmədov və təhsil naziri Mikayıl Cabbarov da gəmini tərk edəcək sərnişinlər siyahısında qeyd olunur.

Ölkənin enerji, nəqliyyat infrastrukturu və təhsil səviyyəsinin inkişafı ən pis dövrünü yaşayır. Hər üç məmurun istefaya getməsinin vaxtı çoxdan yetişib. Sadəcə, iqtidarda möhkəmlənmiş nazirlər sabotaj və şantaj üsulunda fəaliyyət göstərməklə gedişlərini əngəlləyir.

Ümumiyyətlə, Azərbaycan hakimiyyəti gəncləşir. Nazirlər Kabinetində, icra hakimiyyəti strukturlarında müasir texnologiyadan bixəbər, qocalar evinə yararlı məmurlar yola salınacaq.

Onlar dövlət başçısının siyasi-iqtisadi reformalarına maneçilik törədir və islahatların tempinə uyğunlaşa bilmirlər. İqtidar komandasının çoxdan yenilənməsinə ehtiyac var. İ.Əliyevin hakimiyyəti dəyişmək siyasəti nəticəsində islahatlar intensivləşə bilər.

Müasir dünya ilə ayaqlaşa bilməyən nazirlərin, onların müavinlərinin, icra hakimlərinin iqtidarda təmsil olunması adekvat deyil.

Qonşu Gürcüstanda, Ukraynada nazirlərin əksəriyyəti gənc kadrlardır. İ.Əliyevin də gənc, enerjili və perspektivli lider olması ətrafında cavanlardan ibarət komandanın formalaşmasını zəruri edir.

Baş nazir Artur Rasizadə, müavinləri Yaqub Eyyubov, İsmət Abbasov və Abid Şərifov, səhiyyə naziri Oqtay Şirəliyev, Bakı meri Hacıbala Abutalıbov yola salına bilər.

Eyni zamanda islahat komandası formaşalarkən Meliorasiya və Su Təsərüfatı naziri Əhməd Əhmədzadə, kənd təsərrüfatı naziri Heydər Əsədov, Azərişıq ASC sədri Baba Rzayev, AZAL prezidenti Cahangir Əsgərov arxivə göndərilə bilər.