backend

Qarabağa yürüyüşə hazırıq

Qarabağa yürüyüşə hazırıq

“Azərbaycan xalqı gələcəyinə inanır”.

Dünyanın çox az ölkələrində Azərbaycandakı kimi rahatlıq və sabitlik var. Əgər sabitlik, rahatlıq olmasa, insan üçün yerdə qalan dəyərlər heç bir əhəmiyyət kəsb etmir. Heydər Əliyevin Azərbaycana qayıdışı ilə Azərbaycanda sabitlik bərqərar oldu. İqtisadiyyat ilə yanaşı digər sahələrdə uğurlar əldə olunub”.

qaynarxett.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının icra katibi-sədr müavini Əli Əhmədov Avropaya - 10 min kilometrlik çətin və mürəkkəb turu başa vurmuş baykerlərimizlə görüş zamanı bildirib.

Tədbirdə çıxış edən Ə.Əhmədov onu da əlavə edib ki, Azərbaycna xalqı böyük iradəyə və gücə malikdir:

“Azərbaycan xalqı gələcəyinə inanır. Bunun da fonunda yürüş ehtirası ortaya çıxır. Ali Baş Komandan əmr verən zaman hər kəs yürüşə çıxacaq. Bu 20 il ərzində fədakarlıqla həyata keçirilən siyasətin nəticəsidir. Azərbaycan xalqı Qarabağ uğrunda yürüşə hazırdır. Bu yürüş həm Azərbaycan xalqının sülhə hazır olduğunu, həm də qətiyyətli olduğunu ortaya qoyur”.