backend

Bakı Şəhər İcra Hakimiyyətinin avtomobili piyadanı vurdu

Bakı Şəhər İcra Hakimiyyətinin avtomobili piyadanı vurdu















Bakı Şəhər İcra Hakimiyyətinə məxsus avtomobil 35 yaşlı kişini vurub.

Hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, Əziz Əliyev küçəsində 1982-ci il təvəllüdlü Rəşad İsmayılovun idarə etdiyi "Hyundai" markalı avtomobil yolu keçmək istəyən 1981-ci il təvəllüdlü Sərvan Mehdiyevi vurub. S.Mehdiyev 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, "Hyundai" markalı avtomobilin sürücüsü R.İsmayılov Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər ərazisinin tikinti-planlaşdırma idarəsində işləyir. Onun idarə etdiyi "Hyundai" markalı avtomobil BŞİH-nin xidməti maşınıdır.

Faktla bağlı araşdırma aparılır.

///"Report"