backend

Hökumətdən əhaliyə iki ardıcıl şad xəbər

Hökumətdən əhaliyə iki ardıcıl  şad xəbər












Borclar silindi

Faiz və maliyyə sanksiyaları üzrə 1 yanvar 2017-ci il tarixə mövcud olan borcları qeyd-şərtsiz olaraq silinmiş vergi ödəyicilərinin siyahısı açıqlanıb

Trend xəbər verir ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən faiz və maliyyə sanksiyaları üzrə 01.01.2017-ci il tarixə mövcud olan borcları qeyd-şərtsiz silinmiş hüquqi şəxslərin adlı siyahısında 18 932 müəssisə və şirkətin, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən faiz və maliyyə sanksiyaları üzrə 01.01.2017-ci il tarixə mövcud olan borcları qeyd-şərtsiz silinmiş fiziki şəxslərin adlı siyahısında isə 50 163 nəfərin adı var.


***

Maaş minimum 700 manat olacaq - Nazirdən əhaliyə şad xəbər

Bu ilin mart ayında üçüncü əczaçılıq zavodunun təməli qoyulacaq

Qaynarxett.az xəbər verir ki, bu sözləri, iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hazırda digər təkliflərə də baxılır. 2-3 il ərzində artıq Azərbaycanda bir neçə zavod dərman istehsalına başlayacaq. Bu gün Azərbaycanda dərman idxalı 100 faiz təşkil edir. Təxminən 2-3 il ərzində bu mənzərə tamamilə dəyişəcək.

Pirallahı Sənaye Parkında 5 hektar ərazidə inşa edilən “Caspian Pharmed” əczaçılıq zavoduna ilkin mərhələdə 20,6 milyon dollar investisiya qoyulacağını deyən nazir bildirib ki, sənaye parkında sayca ikinci olan əczaçılıq zavodunda ağrıkəsici, ürək-damar xəstəlikləri, qeyri-steroid iltihab əleyhinə vasitə, antihistamin kateqoriyalı dərman vasitələri, həmçinin vitaminlər və qida əlavələri istehsal olunacaq. Azərbaycanın dövlət başçısının tapşırığına əsasən, ölkədə sənayenin yeni bir sahəsinin inkişaf etdirilməsinə start verilib. Ötən il noyabrın 2-də Rusiya şirkəti ilə birgə yaradılan birinci zavodun təməli qoyuldu. Bu gün isə İranla yaradılan birgə müəssisənin təməli qoyuldu.

Nazir qeyd edib ki, zavod Almaniya və İtaliyada istehsal olunan avadanlıqlarla təchiz olunacaq. Müəssisənin tikinti dövrü təxminən il yarım çəkəcək. Gələn ilin üçüncü rübündə artıq zavodda istehsala başlanılacaq. Burada istehsal edilən dərmanlar ən yüksək standartlara cavab verəcək.

“Zavodda istehsal edilən dərmanların böyük hissəsi Azərbaycan daxili istehlaka yönəldilsə də, bir hissəsi ixrac olunacaq. Təqdim edilən biznes plana əsasən burada istehsal olunan dərmanların Rusiya, Gürcüstan və Qazaxıstan bazarlarına da ixrac edilməsi nəzərdə tutulub. Birinci mərhələdə burada 90 nəfər işlə təmin olunacaq, işçilərin əmək haqqı minimum 700 manat təşkil edəcək. Eyni zamanda zavod 7 il müddətinə dövlətin sahibkarlıq subyektləri üçün müəyyənləşdirdiyi güzəştlərdən yararlanacaq”, – deyə nazir vurğulayıb.