Qax rayon Gənclər və İdman İdarəsinin yarıtmaz fəaliyyəti

Bolge 26-01-2016, 02:29
Qax rayon Gənclər və İdman İdarəsinin yarıtmaz fəaliyyəti

Bizi idarədə də oturmağa qoymurlar"

Qax rayon Gənclər və İdman İdarəsinin rəisi Bayramov Əlövsət gənclər siyasətinin əleyhinə gedir.
Hazırda Qax rayonu icra başçısı Şəkiliyev Musa gərgin fəaliyyəti ilə günbəgün inkişaf etməkdədir. Burada regionların sosial-iqtisadi inkişaf planına uyğun şəkildə aparılan abadlıq və quruculuq işləri rayon ictimaiyyətinin ürəyincədir.

Artıq şəhərin mərkəzində bu proses hərtərəfli surətdə layiqincə davam etdirilir. Rayonda görülən işlərdə idarə və müəssisə rəhbərlərinin əməyini də xüsusilə qeyd etməmək olmaz. Yaşadıqları yurdun daha da abad və yaraşıqlı görünməsi üçün onlar da ciddi səy göstərirlər. Belə bir şəraitdə rayon Gənclər və İdman idarəsinin zəif fəaliyyəti, idman və gənclərə laqeyd münasibət göstərilməsi bəzi məsələləri şübhə altına salır.



Bir gənc kimi heç bir uğura imza atmadan, sonradan sözügedən idarəyə rəis təyin olunmuş Bayramov Əlövsət idarəni ağlıkəsən kimi də ¸idarə edir".Tia.az bildirir ki, ölkə başçısı cənab İlham Əliyev bu gün gənclərə və idmana xüsusi dəyər verirsə, Qaxda belə susqunluq nə deməkdir? Deyəsən, Bayramov Əlövsət dövlətin gənclər siyasətindən qətiyyən xəbəri yoxdur. Onun yeganə amalı gənclər siyasətinə və idmaçılara ayrılmış vəsaiti keçirilən tədbirlərin hesabına "silməkdir". Bunu Qaxda olarkən bizə söylədilər. Gənclər sonuncu dəfə kütləvi tədbirin nədən ibarət olduğunu deyə və xatırlaya bilmədilərsə, başqa nə deyək?

Təəssüflər ki, ölkə başçısı idmanın inkişafı üçün külli miqdarda pul ayırdığı halda Bayramov Əlövsət idmançıların plunu əməlli-başlı yoxa çıxarır. Məhz buna görə də Bayramov Əlövsət çalışır ki, Qaxda gənclər ayıq-sayıq olmasınlar. Əks halda nəyi isə mənimsəyə bilməz. İdarədə əmək intizamı yox dərəcəsindədir. "...İcra başçısı Şəkiliyev Musa gəlişindən sonra belimizə də daş qoyulub. Nə evdə pul qaldı, nə də idarədə Açığı, dilənçi vəziyyətinə düşmüşük" Düz bir həftə daxil olan şikayəti araşdırmaq üçün rəisi yerində tapa bilmədim. Bildiyim bu idi ki, rəisin idarəyə nə vaxt gedib-gəlməsini heç oradakı işçilər də bilmir. Bütün günü şəxsi maşını ilə Qaxda sanki "yezda" keçir. O, idarə ilə mobil telefonla əlaqə saxlayır.

Rayonda Əlövsət Bayramov haqqında bizə daxil olan şikayətlərlə maraqlanmaq üçün idarəyə ötən həftə də təkrar 2-3 gün ayaq döydük. Nə vaxt soruşduqsa, "bilmirik, deyilənə görə tədbirdədir" söylədilər, üstəlik gülümsədilər də...

Həmin günlərdən sonra onu tapacağımızın müşkül olduğunu bilərək rəislə telefon əlaqəsi yaratdıq. Ona verilən bütün sualları belə cavablandırdı: "İcra başçısı Şəkiliyev Musa gəlişi rayonda inkişafı sürətləndirdisə, belimizə də daş qoydu. Nə evdə pul qaldı, nə də idarədə. Hər dəqiqə icradan pul istəyirlər. Açığı, dilənçi vəziyyətinə düşmüşük.

Bizi idarədə də oturmağa qoymurlar".

Bəli, Əlövsət Bayramov dedi, biz də inandıq... Rayonda görülən işə gənclər və idman idarəsinin rəisi belə kölgə salırsa, görəsən, başqaları nə fikirdə olar?
Öyrəndik ki, bunlar Əlövsət Bayramov işə səhlankarlığı, gənclər arasında apardığı siyasətsizliyi və neçə illərdir bu idarədə "doymuş məhlula" çevrilməyinin nəticəsidir.

Əlövsət Bayramovun dediyi sözlər eyni zamanda bir daha onun idmana və gənclərə göstərdiyi biganəliyin ifadəsi kimi qiymətləndirilməlidir.
Elə bununla bağlı məsələni diqqətimizdə saxlayacağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Oxunub: 2 902
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 


ILK-10