backend

Komitə qaçqınlara limiti də qıymadı: “Əli Həsənov, nəvələrinizin maşınları köçkünlərin işıq puluna bəsdir”

Komitə qaçqınlara limiti də qıymadı: “Əli Həsənov, nəvələrinizin maşınları köçkünlərin işıq puluna bəsdir”










Qaçqın və Məcburi Köçkünlərlə İşüzrə Dövlət Komitəsi sonuncu pisliyini etdi. Komitə və sədri Əli Həsənov erməni işğalı ucbatından yurd-yuvasından didərgin düşmüş insanların kommunal xidmət limitini də ləğv etdi

Əgər işğal olmasaydı, bu gün ağdamlılar, şuşalılar, zəngilanlılar. bütün qarabağlılar ev-eşiyində oturub, vaxtı-vaxtında qaz, işıq, su pulunu verəcəkdi.

Buna görə nə dövlət tərəfindən imtiyaza ehtiyacı olacaqdı, nə də limitə, heç Əli Həsənovun timsalında digər məmurların mərhəmətinə möhtac da olmayacaqdı.
Amma illərlə köçkünlərin evlərinin maxinasiyaları, büdcə pullarının müxtəlif yollarla mənimsənilməsi hesabına nəvələrinə belə var-dövlət qoymuş komitə sədri kommunal limiti də qaçqınlara çox gördü.

Bundan sonra həmin borclar pul şəklində ödənilsə də, yataqxanalarda, məktəblərdə məskunlaşmış köçkünlər var. Onlar mənzillə təmin olunmayıblar və acınacaqlı şəraitdə yaşayırlar.

Bu köçkünlərin kommunal borclarının necə ödənəcəyi aydın deyil. Ə.Həsənov isə nəvələrinin həyat səviyyəsinin yaxşılaşması üçün bir məmur baba olaraq hər şey edib. Unudub ki, hər nəvəyə babasının komitə sədri olması nəsib deyil.

Qaçqın və məcburi köçkünlər isə Ə.Həsənovun nəvələrinin dəbdəbəli həyat tərzini, maşın kolleksiyalarını internetdə görəndə bir də geriyə dönüb öz taleyinə baxır - torpaqlar işğalda, ev-eşik düşmən tapdağında, özü gözünü yataqxanada açan övladlarını böyüdür və ona verilən limiti də qıymırlar. Erməni kilsəsinə qaz verənlər isə qaçqınların qaz, işıq limitini ləğv edirlər.

Bu mövzuda saytımıza danışan Politika.Az-ın baş direktoru Xəyyam Salmanzadə öz yaşadığı taleyi göstərməklə qaçqınların gününü təsvir edib. Baş redaktorun sözlərinə görə, qardaşı vətən uğrunda şəhid olub, bir şəhid ailəsi kimi Bərdə rayonunda orta məktəbdə məskunlaşıb: “Ölkənin ən populyar saytlarından birinin rəhbəri ailəsi ilə məktəbdə yaşayır, Əli Həsənovun nəvələrinin milyonluq maşınları həyətdə sıraya düzlənib.

Bu ayıba kor olmaq əvəzinə bizim kommunal limiti də ləğv edirlər. O maşınların pulları köçkünlərin işıq puludur, onların restoranlarında verdiyi hesablar qaçqınların qaz puludur.

Məcburi köçkünlər üçün tikilən evlərdən "hədiyyə" alanlar arasında iş adamları, polis rəisləri, ayrı-ayrı vəzifələrdə çalışan məmurlar belə varmış. Biz bu iddiaları faktlarla təqdim etmişik. Yüzlərlə məcburi köçkün bu gün evsiz-eşiksiz qalıb, acınacaqlı şəraitdə yaşayır, növbəsini gözləyir”.

Rütubətli, şəraitsiz bir vəziyyətdə yaşayan baş redaktor hələ də məcburi köçkün kimi evlə təmin olunmayıb. Özünün, həyat yoldaşının və iki övladının səhhətində ciddi problemlər var. Bu barədə özü də açıqlamalarında qeyd edib.

Amma buna baxmayaraq Xəyyam Salmanzadə problemlərini özü həll etməyə çalışır. Erkən yaşda valideynlərini itirən Xəyyam Salmanzadə öz gücünə təhsil alıb, işləyib ailəsini dolandırır.

Ancaq məcburi köçkünə, şəhid qardaşına nəzərdə tutulan evlərdən verilmir. Görünür, komitə sədri Ə.Həsənov hesab edir ki, bir neçə evi olan məmurların Xəyyam Salmanzadədən daha çox mənzilə ehtiyacı var.

Politika.Az xatırladır ki, Ağdam rayonunun sabiq prokuroru, hazırda Qaxda eyni adlı vəzifəni daşıyan İslam Qasımov. Bu şəxs Ağdamdakı yeni qəsəbədə evlə təmin olunub.

Tərtər Məhkəməsinin sabiq hakimi, əslən ağdamlı olan şəxs də evlə təmin olunub. Ağdam Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Qara doktor da başqalarından geri qalmayıb. O da «Qaçqınkom» tərəfindən mənzillə təmin edilib.

Ağdam rayon İcra Hakimiyyəti başçısının sabiq müavini, rayon Maliyyə Şöbəsinin sabiq rəisi Elşad Əhmədov. Bu şəxs də Qasımbəyli kəndindəki evlərdən birinə sahib çıxıb.Ağdam Mədəniyyət Şöbəsinin müdiri Şahin Qasımov.

Ağdamın təhsil şöbəsinin sabiq müdiri Elmira Şükürova. Bu şəxsin Bakıda bir neçə evi var. Bərdədə villası, Gəncədə isə topdağıtmaz əmlaka malikdir. Amma «ehtiyac» üzündən «Qaçqınkom»dan da «dar günü» üçün bir ev alıb.

Siyahıdan aydın şəkildə görünür ki, burada qaçqınları deyil, məmurları nəzərdə tutublar. Əslində isə evsiz-eşiksiz onlarla qaçqın ailələri var. Elə iki uşağı xəstə olan, kirayələrdə yaşayan jurnalist, Ağdam sakini Xəyyam Salmanzadəni nümunə olaraq götürmək olar.