backend

Əməkdar müəllim Malik Aranlı dünyasını dəyişib

Əməkdar müəllim Malik Aranlı dünyasını dəyişib

RESPUBLİKA İNFORMASİYA MƏRKƏZİ QAYNARXETT.AZ-IN KOLLEKTİVİ İŞ YOLDAŞLARI, ARAN BÜROSUNUN RƏHBƏRİ SAHİB NƏSİROVA DAYISI QƏHRƏMANOV MALİK (ARANLI) İSMAYIL OĞLUNUN VƏFATINDAN KƏDƏRLƏNİKLƏRİNİ BİLDİRİR VƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRLƏR.

Xatırladaq ki, tanınmış pedaqoq, müxtəlif tədris vəsaitlərinin müəllifi Malik Aranlı dünyasını dəyişib. Pedaqoqun uzun zaman əziyyət çəkdiyi mədə xərçəngi xəstəliyindən dünyasını dəyişdiyi bildirilir.

Bütün həyatını təhsilin, elmin inkişafına həsr edən Malik Aranlı sadə həyat yolu keçib. O, 1956-cı ildə İmişli şəhərində anadan olub. 1973-cü ildə Aranlı kənd orta məktəbini, 1982-ci ildəAzərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini qiyabi yolla bitirib. Əmək fəliyyətinə 1973-cü ildə Aranlı kənd orta məktəbində başlayan Malik müəllim elə ilk vaxtlardan qabaqcıl təhsil işçisi kimi tanınıb, gənc müəllim tezliklə pedaqoji və şagird kollektivinin rəğbətini qazanıb. 1992-ci ildən Aranlı kənd N.Əsədov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışan Malik müəllimin Azərbaycan təhsilinin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, o, gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə 2007-ci ildə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib, 2008-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

ALLAH RƏHMƏT ELESİN!