backend

Qaradağda aksiya: sakinlər Bakı-Astara magistralını bağladı - VİDEO

Qaradağda aksiya: sakinlər Bakı-Astara magistralını bağladı - VİDEO









Bakının Qaradağ rayonunda sakinlər Bakı-Astara magistral yolunu bağlayaraq uzun tıxac yaranmasına səbəb olublar. Belə ki, yolun Səngəçal qəsəbəsindən keçən hissəsində qəsəbə sakinləri yolu bağlayıblar. Sakinlərin tələbi ərazidə yerüstü piyada keçidinin tikilməsi olub.

Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev İstiPress-ə bildirib ki, artıq sakinlərlə danışıqlar aparılıb və onlar yolldan kənarlaşdırılaraq hərəkət bərpa edilib: "Üç gün öncə Səngəçal qəsəbəsi ərazisində 9 yaşlı oğlanı maşın vurub, piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Bu gün isə qəsəbə sakinləri yolu bağlayaraq ərazidə yerüstü piyada keçidinin tikilməsini tələb ediblər. Sakinlərin toplaşması bir müddət yol hərəkətinə mane olub. Hazırda isə avtomobillərin hərəkəti bərpa edilib".

"Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli İstiPress-ə açıqlamasında bildirib ki, ərazidə yeni piyada keçidinin inşası üçün müəyyən prosedurlar həyata keçirilməlidir: "İlk növbədə sakinlər yol polisi və ya "Azəravtoyol" ASC-nə rəsmi olaraq müraciət etməlidirlər. Bundan sonra əraziyə baxış keçirilir və piyada keçidinin inşası zəruri olarsa, müvafiq sənədlər hazırlanaraq Nazirlər Kabinetinin "Yol hərəkətinin təhlükəsizliyi" komissiyasına göndərirlir. Komissiya müvafiq qərarı verdikdən sonra ərazidə piyada keçidi inşa edilir."