backend

Azərbaycanda Milli reytinq agentliyi yaratmaq təklif edilib

Azərbaycanda Milli reytinq agentliyi yaratmaq təklif edilib

Sığorta nəzarəti bu ideyanı dəstəkləyir.

Azərbaycan Maliyyə Nazirliyi nəzdində Dövlət Sığorta Nəzarəti Xidməti Milli reytinq agentliyinin yaradılması ideyasını dəstəkləyir.

qaynarxett.az Abc.az-a istinadən xəbər verir ki, bu barədə xidmətin rəhbəri Namiq Xəlilovun bildirdiyinə görə, xidmət bu agentliyin yaradılması təşəbbüsü ilə çıxış etmir.

“Amma biz özəl strukturlar tərəfindən agentliyin yaradılma ideyasını dəstəkləyirik. Belə ki, öz agentliyimiz şirkətlərin aktivlərini daha detallı və bütün parametrlərə uyğun hesablaya bilər: şirkətlərin resurslarını qiymətləndirərkən beynəlxalq agentliklərin ölkə reytinqinin səthi göstəricilərindən istifadə edilir”, - N.Xəlilov deyib.