Tramp ailəsi Obama cütlüyünü belə yola saldı

236

Tramp ailəsi Obama cütlüyünü belə yola saldı












Tramp ailəsi 44-cü prezident Barak Obama və Mişel Obamanı yola salıb

Trampın inauqurasiya tədbirində iştirak etdikdən sonra Barak Obama Kaliforniya ştatına uçmaq üçün Konqres binasından ayrılıb.

Obama cütlüyünü Donald Tramp və birinci xanım Melaniya Tramp yola salıb.

Andiçmə mərasimindən sonra Obama və həyat yoldaşı "Marine One" adlı prezidentlər üçün nəzərdə tutulmuş helikopterdən son dəfə istifadə etmək üçün binadan ayrılıb. Barak Obama və Mişel ilə vidalaşanlar arasında sabiq prezident köməkçisi Co Bayden və həyat yoldaşı Jill Bayden, yeni prezident köməkçisi Mayk Pens və həyat yoldaşı Karen Pens də olub.