backend

Qarabağda azərbaycanlı əsgərləri atəşə tutan erməni qadın snayperlər

Qarabağda azərbaycanlı əsgərləri atəşə tutan erməni qadın snayperlər

“Onlarda silahdan atəş açarkən əllərin titrəməsi hiss olunmur”.

Dağlıq Qarabağ müharibəsinin gedişində və hazırda da düşmən cəbhəsində xüsusi hazırlıq keçmiş qadın snayperçilərin xidmət etdiyi məlumdur.

Ümumilikdə 8 min nəfərə yaxın qadın müqavilə əsasında cəbhə xəttində snayperdən başlamış nazirlikdə şöbə rəisinədək müxtəlif vəzifələrdə çalışır. Erməni ordusunun Azərbaycan Silahlı Qüvvələri ilə üzbəüz birləşmələrində onlarla qadın snayperin xidmət keçməsi faktları mövcuddur. Ermənilər snayper qadınların xidmətindən hələ birinci Qarabağ müharibəsi zamanı da istifadə ediblər.

Erməni qadın snayperləri əsasən Ermənistanın Azərbaycanla dövlət sərhədindəki hərbi hissələrdə xidmət edir və bunun müqabilində yüksək məvacib alırlar. Onlara daha çox Naxçıvan istiqamətində rast gəlinir.

Naxçıvandakı hərbi hissələrdən birində snayper olmuş əsgərin (snayperlərin adları açıqlanmır) sözlərinə görə, ermənilərin hər postunda ən azı 2 qadın snayper olur:

“Qadınlar kişilərlə müqayisədə daha sərrast atəş aça bilirlər. Hazırlıqlı qadın snayper hadisələrə, baş verənlərə soyuqqanlılıqla yanaşır, eyni zamanda, onlarda silahdan atəş açarkən əllərin titrəməsi hiss olunmur”.

Onların fəaliyyəti nəticəsində yüzlərlə əsgərimiz şəhid edilib.

qaynarxett.az Publika.az-a istinadən əsgərlərimizi öldürən düşmən qadın hərbçilərinin bir neçəsinin fotosunu təqdim edir: