backend

TƏCİLİ: "CƏNAB PREZİDENT! Gizli əllər ölkəni üsyana aparır!" - Siyahı

TƏCİLİ: "CƏNAB PREZİDENT! Gizli əllər ölkəni üsyana aparır!" - Siyahı

Ölkədə durmadan bahalaşma davam edir. Ölkəyə idxal olunan məhsulların qiymətində artım daha fantastik müşahidə olunur

Bu haqda Politika.Az-ın verdiyi xəbərdə deyilir ki, əhalinin məişətdə istifadə etdiyi malların da qiyməti qalxıb.

Hazırda marketlərdə, mağazalarda gündəlik tələbat mallarından olan sabun, şampun, lezva, birdəfəlik üzqırxan (cilet, maks), tualet kağızı, salfetka, qabyuyan şampun (feyri, bello), ləkətəmizləyən (cif), yuyucu toz və digər bu kimi malların qiyməti 70-90 qəpik qalxıb.

Hətta şampun və yuyucu tozlarda 1 manata qədər bahalaşma qeydə alınıb. Bu isə bütün evlərə zəruri olan məhsullardır. Onların qiymətinin qalxması ciddi şəkildə ailə səbətinə zərbədir.

Çünki hər ay və hər həftə bu mallardan istifadə olunur. Nəticədə istər orta təbəqə, istərsə yoxsul zümrənin ailə büdcəsinə böyük bir yük düşüb. Çünki elə bir ev yoxdur ki, bu mallardan istifadə etməsin.

Marketlərə, mağaza sahiblərinə qeyri-rəsmi tapşırıq gəlib. Onlara göstəriş verilib ki, qiymət artımı sakit və mərhələli şəkildə həyata keçirilsin.

Bununla da əhalidə panika və ajiotaj yaranmasın. Nəticə etibarı ilə istehlakçı hər gün mağazaya daxil olanda yeni tariflərlə qarşılaşır. Bu zaman heç bir etiraz etmək imkanı yaranmır və hökumət köhnə təcrübədən nəticə çıxarıb.

Əvvəlki devalvasiyalarda panika yaşanmışdı. Bütün marketlərin qapıları qıfıllanmışdı vitrinlər boşaldılmışdı, yeni tariflər maların üzərinə vurulmuşdu.

Hazırda yeni siyasət yürüdülür və səssiz-səmirsiz şəkildə bahalaşma dalğası bütün sahələri bürüyür. Yuxarıda qeyd etdiyimiz mallar da bahalaşıb. Əslində benzinin bahalaşması, tam üzən məzənnəyə keçid bahalaşma yaradacağına əsas verirdi.

Digər tərəfdən, “Azərsun” holdinq və başqa istehsalat müəssisələri də qiymət artımına yol verib. Qiymətlərin bazarlarda tənzimlənməsi üçün dərhal dövlət müdaxilələr olmalıdır.

Antiböhran tədbirlərinin ləng getməsi nəticəsində iri mağazalar, dükanlar, yarmarkalar müflisləşir, bağlanır, minlərlə insan iş yerlərini itirir.


Qaynarxett.az