backend

Prezidentdən müjdə - TƏFSİLAT

Prezidentdən müjdə - TƏFSİLAT













Prezidentdən güzəştləri ləğv olunan qaçqınlara müjdə - TƏFSİLAT

Politika.Az-ın aylar əvvəl yazdığı xəbər rəsmi səviyyədə təsdiqləndi

Məcburi köçkünlərin güzəştlərinin ləğv olunacağı haqda səhih informasiyamız prezident fərmanı ilə nəhayət ki, dəqiqləşdi.

Baxmayaraq ki, aidiyyatı qurumlar israrla bu xəbəri təkzib edirdilər. Dövlət orqanları ictimaiyyəti və köçkünləri inandırmağa və arxayın etməyə çalışırdı ki, heç bir dəyişiklik yoxdur, güzəştlər qüvvəsində qalıb.

Amma prezidentin imzaladığı fərmanla güzəştlər ləğv olundu və əvəzinə məcburi köçkünlərin müavinətinin məbləği artırıldı. Bu isə o deməkdir ki, həmin müavinətlər qaçqınların ləğv edilmiş güzəştlərini kompensasiya etməlidir.

İstənilən halda dövlət başçısı yurd-yuvasından didərgin düşmüş insanların taleyinə həmişə olduğu kimi həssas yanaşıb, onların qayğısına qalıb.

Aidiyyatı qurumlara qalan isə Politika.Az-ın ilk olaraq yaydığı bu məlumatı inadkar keçi kimi təkzib etməyə çalışması oldu.

Halbuki, xəbər portalımız bu məlumatı bir neçə mötəbər mənbədən dəqiqləşdirdikdən sonra yayımlamışdı. Səhihliyinə əmin olmadan bu xəbəri ictimailəşdirməzdik.
Dövlət qurumları unutmasınlar ki, xəbər agentliyinin müxtəlif mənbələri, hökumətdə, dövlət orqanlarında informasiya qaynaqları olur.

Jurnalistin işi budur, informasiya əldə etmək hüququ var və müxtəlif orqanlardan məlumat əldə edə bilər. Bu, dünya təcrübəsində də belədir. Son bir neçə ayda müxtəlif xəbərlərimiz olub ki, təsdiqini tapıb.

Yaxşı olar ki, dövlət qurumları media ilə əməkdaşlığı genişləndirsin, sorğuları doğru-düzgün cavablandırsın ki, sonra fakt qarşısında aciz qalmasınlar.

Politika.Az xatırladır ki, zərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərman imzalayıb.

Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədilə imzalanan Fərmana əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il yanvarın 1-dən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.

Nazirlər Kabinetinə bu Fərmanda göstərilən vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyən edib Azərbaycan Prezidentinə məlumat vermək, Prezidentin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təklifləri bir ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək tapşırılıb.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti isə məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etməlidir.