backend

Türkiyədə polislər azərbaycanlı diplomatı döydülər

Türkiyədə polislər azərbaycanlı diplomatı döydülər

Azərbaycan səfirliyi Türkiyə XİN-ə müraciət edib.

Türkiyədə polislə Azərbaycan səfirliyinin yüksək rütbəli əməkdaşı arasında baş verən dava ilə əlaqədar siyasi qalmaqal səs-küyə səbəb olub.

qaynarxett.az haqqın.az-a istinadən xəbər verir ki, türk mənbələrinin məlumatına görə, yol polisi yol hərəkəti qaydalarını kobud şəkildə pozan avtomobili saxlayıb.

Sürücü Azərbaycanın Türkiyədəki səfirliyində diplomat olduğunu bildirib, diplomat olduğunu göstərən sənədləri göstərib. Daha sonra sürücü özünün və avtomobilinin diplomatik immunitetə malik olduğunu bəyan edərək polisin onu saxlamağa ixtiyarının olmadığını deyib və yoluna davam etmək istəyib.

Lakin polislər diplomata bildiriblər ki, yol hərəkəti qaydalarının pozulması barədə protokol yazmadan avtomobili buraxa bilməzlər. Azərbaycanlı diplomat buna qəzəblənib, diplomatik qaydalara görə, özünün və avtomobilinin toxunulmazlığının olduğunu bir daha bildirib və polislərə sərt reaksiya verib.

Nəticədə polislə diplomat arasında mübahisə başlayıb, mübahisə böyüyüb və diplomatla polislər arasında qısamüddətli əlbəyaxa süpürləşməyə keçib.

Davanın ardınca azərbaycanlı diplomat hadisə yerindən uzaqlaşıb, Azərbaycan səfirliyi ilə əlaqə saxlayaraq hadisə barədə məlumat verib və polislər tərəfindən döyüldüyünü bildirib. Azərbaycan səfirliyi öz növbəsində dərhal Türkiyənin Xarici İşlər Nazirliyi ilə təmasa keçərək hadisə haqda məlumat verib.

Türkiyə XİN əməkdaşları dərhal məsələ ilə bağlı nazirliyin rəhbərliyini məlumatlandırıb. Daha sonra nazirliyin rəsmiləri Azərbaycan səfirliyi ilə əlaqə yaradaraq bu hadisənin ən xırda detallarına qədər araşdırılacağını bildiriblər və diplomatdan dəfələrlə üzr istəyiblər.