backend

Göyçaylı deputat AŞPA-nın vitse-prezidenti seçildi

Göyçaylı deputat AŞPA-nın vitse-prezidenti seçildi












Ukrayna Ali Radasının millət vəkili Georgi Loqvinski Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti seçilib.

“Qafqazinfo”nun “Lb.ua”ya istinadən məlumatına görə, bu barədə G. Loqvinski Feysbuk hesabında yazıb.

“Bu, mənim üçün böyük şərəf, qürur və məsuliyyətdir. Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti vəzifəsi Ukrayna tarixində beynəlxalq parlament arenasında ən yüksək mövqedir. Qeyd etmək istəyirəm ki, bu gün bu uğur ölkənindir”, - Loqvinski vurğulayıb.

Bildirilir ki, 2014-cü ildə Ukraynanı bu postda İvan Popesku, 2015-ci ildə Vladimir Aryev təmsil edib, 2016-cı ildə isə ölkədən vitse-prezident seçilməyib.

Qeyd edək ki, milliyətcə yəhudi olan Georgi Loqvinski əslən Azərbaycanın Göyçay rayonundandır.