backend

Azərbaycan ÜTT-lə əməkdaşlığı davam etdirir

Azərbaycan ÜTT-lə əməkdaşlığı davam etdirir

Mahmud Məmmədquliyev Ümumdünya Ticarət Təşkilatının rəhbərliyi ilə görüşəcək.

Azərbaycanın Respublikasının Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə əməkdaşlığı üzrə ikitərəfli danışıqlarda iştirak etmək məqsədilə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev 30 iyun - 4 iyul tarixlərində İsveçrədə səfərdə olacaq.

Oxu.Az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində M. Məmmədquliyevin ÜTT, Beynəlxalq Qırmızı Xaç Komitəsi və Beynəlxalq Miqrasiya Təşkilatının rəhbərliyi ilə görüşləri də nəzərdə tutulur.

qaynarxett.az