backend

Bu da Əhalinin istədiyi cavab - RƏSMİ

Bu da Əhalinin istədiyi cavab - RƏSMİ














Prezidentin 2017 strategiyası: İlham Əliyev köçkünlərə qayğıdan başladı - Detallar

Azərbaycan Prezidenti bütün sosial təbəqələrin rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət ayırır. Cənab Prezidentin məcburi köçkünlərə xüsusi diqqət ayırması göz önündədir. İmzalanan Fərman da bu qayğının bariz nümunələrindən biridir.

Bu haqda Politika.Az-ın Siyasət Şöbəsi xəbər yayıb. Prezidentin qayğısı erməni işğalı nəticəsində məcburi köçkün vəziyyətinə düşən vətəndaşları yaşadır və gələcəyə ümidləndirir.

Dünyada qlobal böhranlara son qoyulduqdan, haqq-ədalət öz yerini tutduqdan, məcburi köçkünlər öz yurd-yuvalarına qayıtdıqdan sonra onlara qayğı daha da çoxalacaq.

Fərman həmin kateqoriyadan olan ailələr üçün dövlət tərəfindən yaxşı maddi dəstəkdir. Fərmanın bir çox müsbət tərəfləri var və məcburi köçkünlərin, onlara bərabər tutulan şəxslərin işini xeyli asanlaşdıracaq.

İndiyə qədər məcburi köçkünlərə yemək xərci müavinəti kart vasitəsilə onların özünə ödənsə də, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər müvafiq təşkilatlara ödənilirdi.

Məcburi köçkünlər həmin ödənişlərdən istifadə etmək üçün müvafiq sənədləşmə aparmalı, müvafiq qurumlardan arayış almalı idilər.

Ancaq bundan sonra heç bir sənəd və ya arayış almağa ehtiyac qalmayacaq. Vəsait birbaşa məcburi köçkünlərin özlərinə ödəniləcək və onlar bu puldan necə istifadə edəcəklərini özləri müəyyən edəcəklər.

Politika.Az-ın Siyasət Şöbəsi yazır ki, bu Fərman bir daha Azərbaycan dövlətinin siyasətinin sosialyöümlü olmasını göstərir.

Hətta 2017-ci ilin dövlət büdcəsi bir qədər yığcam olsa da, həmin büdcənin 40,3 faizi sosial yönümlüdür.

Azərbaycan dövlətinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərlə bağlı yürütdüyü siyasət hətta BMT səviyyəsində qəbul olunub və bu siyasət digər dövlətlərə nümunə göstərilir. Cənab Prezidentin imzaladığı bu Fərman da həmin siyasətin davamıdır.

Məcburi köçkün heç bir təşkilatdan asılı olmadan vəsaiti özü paylaşdıracaq. Və belə olan halda kommunal xərclər üçün ayrılmış vəsaitdən az istifadə edən məcburi köçkün ailələri yerdə qalan məbləği digər ehtiyaclarının ödənilməsinə sərf edəcək ki, bu da məcburi köçkünlərin sosial təminatının yaxşılaşdırılmasına xidmət edəcək.