1/8 final: Hollandiyanın dramatik qələbəsi

İdman 30-06-2014, 18:25
1/8 final: Hollandiyanın dramatik qələbəsi

Robben hakimin əlavə etdiyi dəqiqələrdə komandası üçün penalti qazandırdı.

Braziliyanın Fortaleza şəhərinin “Estadio Kastelao” stadionunda 1/8 finalın 3-cü oyununda Hollandiya yığması Meksika ilə qarşılaşdı.

Oxu.Az xəbər verir ki, Hollandiya çox dramatik bir sonluqda əvvəlcə hesabı bərabərləşdirdi, sonra isə qələbə topunu vurdu.

Oyunun ilk 45 dəqiqəsi çox darıxdırıcı keçdi. Hər iki komanda müdəfiədən oynayırdı və demək olar ki, rəqib qapısı qarşısında təhlükəli vəziyyət yaratmadılar.

İkinci hissənin əvvəllərində (48-ci dəqiqə) Dos Santos uzaqdan gözəl zərbə ilə Meksika yığmasını hesabda irəli çıxardı.

Bu qoldan sonra hollandiyalılar meksikalıları tamamilə öz qapısına sıxışdırdı. Hücumlar bir-birini əvəz edirdi. Amerika təmsilçiləri bu hücumlara 88-ci dəqiqəyədək tab gətirə bildilər. Oyunun əsas vaxtının qurtarmağına iki dəqiqə qalmış Sneyder çox güclü bir zərbə ilə bərabərliyi bərpa etdi.

Hakimin əlavə etdiyi dəqiqələrdə isə Robben fərdi ustalığı sayəsində komandası üçün 11-metrlik cərimə zərbəsi qazandırdı.

Huntelar bu zərbəni dəqiq yerinə yetirdi, 2:1.

Hollandiyalılar sonacan mübarizə apardılar və qələbə qazandılar.
Oxunub: 901
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 


ILK-10