backend

Saatlılı məmurdan nazirə şikayət VAR

Saatlılı məmurdan nazirə şikayət VAR














Hörmətli “Təzadlar»! Qəzetinizdə Xətai rayon Məhkəməsinin hakimi İlahə Abbasovanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru Bayram Mikayılovun cehiz qalmaqalı ilə bağlı qəbul etdiyi qərarından Məhkəmə Hüquq Şurasına şikayət edilməsini oxudum. Çox təsirləndim. İlahə Abbasovanı hələ Yasamal rayon Məhkəməsinin hakimi olarkən qəbul etdiyi qərarların həmişə narazılıqla qarşılanmasından xatırlayıram, mətbuat yazırdı. Özüm Zərdab rayonundan olduğumdan onun bizim rayon sakini olan Şəfəq Səfəliyeva barədə çıxardığı bir qərarını da xatırlayıram. Şəfəq Səfəliyeva bir neçə dəfə mətbuat konfransı keçirərək Zərdabın icra başçısı Lütfəli Babayevin onun hüquqlarını pozması, aralarında konflikt yaranması, hətta başçı tərəfində təcavüzə məruz qalması ilə bağlı açıqlamalar vermişdi. O, bildirirdi, ki, icra başçısı əvvəlcə ona pensiya düzəltməyə yardım edib. Belə ki, pensiyaya çıxmaq üçün yaşı artırılıb və iki uşağı olan qadının üzərinə doğulmayan bir uşaq da sənədləşdirib.
Saatlı Məşğulluq Mərkəzi direktorunun cehiz qalmaqalı-YENİLƏNDİ
Amma sonradan onların arasında konflikt yaranıb. Və Lütvəli Babayev sonradan ondan şikayət vermişdi və Baş Prokurorluğun Korrrupsiyaya Qarşı Mübarizə İdarəsində ona Cinayət Məcəlləsinin 178,2.4 maddəsi ilə ittiham irəli sürülmüşdü, məhkəmə 3 il şərti cəza kəsmişdi. Hətta İcra başçısı Lütvəli Babayev Şəfəq Səfərliyevanın mətbuata açıqlamalarından sonra, Yasamal rayon Məhkməsində CM-nin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında iddia qaldırmışdı. Məhkəmə əvvəlki cəza ilə birgə onu 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi. Belə bir hökmü çıxaran isə hakim İlahə Abbasova olmuşdu. Yəni, xanım hakim hakim olmamışdan əvvəl həm də anadır, qadındır və o, qadınlar barədə qərar verərkən daha diqqətli olmalıdır. Məsələn, bu yaxınlarda hakim İlahə Abbasovanın qəbul etdiyi daha bir məhkəmə aktı barədə: vətəndaş G.Cəbrayıllının iddiası ilə Bakı şəhəri Xətai rayon Məhkəməsində hakim İlahə Abbasovanın sədrliyi ilə cehiz əmlakın qaytarılması araşdırılıb. Mən ilk dəfə idi ki, hakimin cehiz əmlakın xanıma, yəni gəlinə deyil, oğlan tərəfə məxsus olması barədə qərar qəbul etdiyinin şahidi olurdum. Çalışdığım sahə hüquq sahəsindən kənar olsa da, bu qərarın qəbul olunması barədə məhkəmədən reportajı oxuyanda dəhşətə gəldim. Bəlkə də hakimin qərarını hansısa formada sükutla qarşılayıb yuxarı instansiyada ləğv etdiriləcəyi mənasında bağışlamaq olardı. Amma görəndə ki, bu cehiz davasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Saatlı rayon Məşğulluq Mərkəzinin Bayram Mikayılov adlı bir direktoru edir, utandım. Necə ola bilər ki, o boyda mərkəzin direktoru iş-gücünü buraxıb məhkəmədə cehiz davası edir??? Hətta qəzet məqaləsindən oxudum ki, onun kifayət qədər əmlakı, yəni maşınları, mənzilləri və s. vardır. Belə olan halda, direktor da cehiz davası edərmi? Həmçinin məqalədən oxudum ki, qızın atası da imkanlı şəxsdir və onun məqsədi heç də bu cehiz əmlakın geri qaytarılmasının davasını çəkmək deyil. Əgər bu əmlak övladının xoşbəxtliyinə yaramadısa, geri qaytarılandan sonra kimə gərəkdir?! Sadəcə, ata ədalətli məhkəmə aktı ilə, rəsmi qaydada sübut etmək istəyir ki, ailə münaqişəsinin səbəbi hansısa məişət, məsələn, cer-cehiz problemi deyil, əksinə o, qızına bəlkə də heç kəsin vermədiyi cehiz əmlakı ərməğan edib. Amma nə yazıqlar ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru Bayram Mikayılov adlı şəxs başqa yol tutub, hansı yollasa məhkəmə qərarı əldə edir ki, guya cehiz əmlaklar və s. onun özünə məxsus olub. Halbuki belə hərəkət onun tabe olduğu nazirliyin adına təhqirdir. Amma o, düşünməli və özünü bəy kimi apararaq heç belə bir məsələnin məhkəmə müstəvisində müzakirəsinin ardınca düşməməli idi. Bütun bunlara rəğmən, KİV olaraq sizə minnətdaram ki, indi ölkə məhkəmələrində boşanma və mülk davalı məhkəmə prosesləri çoxluq təşkil edir və bunları yazır, başqalarına görk olmasını ortaya qoyursunuz. Amma məhkəmələr isə bəzən ədalətsiz qərarlar qəbul etməklə məsələni daha da ictimailəşdirirlər. Məsələn, hakim İlahə Abbasovanın məlum qərarından, bildiyimə görə, narazı tərəf apellyasiya şikayəti verib. Heç şübhəsiz ki, bu dəfə hakimin səhvi və ya yalnışlığı aradan qaldırılacaq. Amma məsələnin zərərli tərəfi odur ki, belə məhkəmə prosesləri barədə məlumatlar ictimailəşdirilir, sonradan isə cəmiyyətdə belə fikir formalaşır ki, sən demə, dövlətin əsas strukturlarından biri- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kimi nüfuzlu bir qurumun gənc direktorunun ailəsi dağılır, sonra isə o, məhkəmələrdə cehiz davasına çıxır. Hər halda Azərbaycan məhkəmə praktikası da göstərir ki, belə mülki məhkəmə davası bəzən illərlə davam edir, tərəflər bir-birini məhkəmələrdə məhşər ayağına çəkir… Udan kim olur, uduzan kim? Bəllidir… Amma hesab edirəm ki, ən azından, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bayram Mikayılovun barəsində ciddi ölçü götürməlidir. Ən azı o mənada ki, o, belə yersiz, cəmiyyətin zəndi-zəhləsi gedən boşanma və cehiz davası kimi bir qalmaqalı ilə nazirlikdə pis nümunənin siftəsini etmiş olub. İş o yerə çatır ki, Bayram Mikayılov məhkəmədə dava salır, xuliqanlıq edir və polis onu inzibati qaydada cəzalandırır. Doğrudanmı bunlar lazım idi???
Məncə, ziyanın yarısından da qayıtmaq gec deyil…
Zakir Rüstəmov, Zərdab rayonu \\tezadlar.az\\