backend

Azərbaycanlı müğənni erməni ilə “selfie” çəkdirdi

Azərbaycanlı müğənni erməni ilə “selfie” çəkdirdi

Levon Harutyunyan və Səbinə Rəhimova birlikdə...

“Yeni Ulduz 10” mahnı müsabiqəsinin iştirakçılarından olan Səbinə Rəhimova erməni ilə çəkdirdiyi “selfie”ni sosial şəbəkədə paylaşıb.

qaynarxett.az Oxu.Az-a istinadən xəbər verir ki, Səbinə hazırda Norveçin paytaxtı Oslo şəhərində təhsil alır.

Müğənni gürcü qızı və erməni Levon Harutyunyan ilə çəkdirdiyi fotonun altında “Bütün qafqazlılar birlikdə” şərhini yazıb.

Qeyd edək ki, Səbinə Rəhimova Norveç vətəndaşı ilə nişanlıdır. Cütlük sentyabr ayında ailə qurmağa hazırlaşır.