backend

Rəqsanə: Canlı oxumaqda hamının dizini yerə qoyaram- VİDEO

Rəqsanə: Canlı oxumaqda hamının dizini yerə qoyaram- VİDEO

“Şou-biznesdə öz imzamı qoymuşam”.

Müğənni Rəqsanə İsmayılova İstanbulda çəkdirdiyi “Alma məndən gözlərini” adlı klipi ilə bağlı maraqlı məqamlardan bəhs edib.

qaynarxett.az Oxu.Az-a istinadən xəbər verir ki, müğənni “Onlar” verilişinə açıqlamasında klipdə çimərlik geyimində olmasından danışıb:

“Klipdə bağlı çimərlik geyimindəyəm. Gedib Türkiyədə klip çəkdirmişəm. Xalat geyinəsi deyiləm ki...

Ümumiyyətlə, son vaxtlar geyindiyim libaslar, taxdığım eynəklərin çoxu dünya brendlərindəndir”.

Rəqsanə şou-biznesdə öz imzasının olmasını da vurğulayıb:

“Toy bazarının hamısını “öldürmüşəm”. 10 ildən çoxdur bu sənətdəyəm. Rəqsanə olaraq öz imzamı qoymuşam. Canlı oxumaqda hamının dizini yerə qoyaram”.