backend

Anası azərbaycanlı olan model Bianca Balti : Çılpaq bədən gözəl şeydir

Anası azərbaycanlı olan model Bianca Balti : Çılpaq bədən gözəl şeydir

“Hətta Allah da belə düşünür”.

Anası azərbaycanlı olan model Bianca Balti “Playboy”a soyunub.

qaynarxett.az Qafqazinfo-ya istinadla xəbər verir ki, model jurnalın iyul-avqust nömrəsinin üz qabığını bəzəyəcək. Bianca Balti jurnala müsahibəsində bildirib ki, əgər bədənini nümayiş etdirmirsənsə, o zaman onun heç bir dəyəri yoxdur:

“Çılpaq bədən gözəl şeydir. Hətta Allah da belə düşünür. Mən çılpaq olanda özümü mələk kimi hiss edirəm”.

Qeyd edək ki, anası azərbaycanlı, atası italiyalı olan Bianca Balti dünyanın ən çox gəlir əldə edən modellərindən biridir. 2012-ci ildən Bianca Balti aktrisa Monika Belluççi ilə birgə Dolce & Gabbana brendinin siması olub.