backend

Regional Maliyyə Müfəttişliyi Laçın təhsilindəki yeyintilərə göz yumur? - Şok faktlar

Regional Maliyyə Müfəttişliyi Laçın təhsilindəki yeyintilərə göz yumur? - Şok faktlar

Laçın rayon sakini şok faktlar açıqlayıb

Ağcabədi rayon Taxta-Körpü ərazisində məskunlaşmış Baxşeyiş Xudayarov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə və Maliyyə Nazirliyinə müraciət edib.

Onun sözlərinə görə, Laçın rayon təhsil şöbəsində hər il dövlətin milyon manatlarla vəsaiti müxtəlif yollarla mənimsənilir.

Buna 10 saylı Regional Maliyyə Müfəttişliyi göz yumaraq 2005-ci ildən hazırkı dövrə kimi 12 ildə LRTŞ-də heç bir maliyyə araşdırılması aparılmayıb.

Laçın rayon təhsil şöbəsində 900-dən çox texniki işçiyə və 300-dən çox müəllimə işə gəlmədiyi halda aylıq əmək haqqı buraxılır.

Bu vəsait hər ay məktəb direktorları tərəfindən yığılaraq LRTŞ-nin sabiq müdri Malik Vəliyevə (hazırda Malik Vəliyev Tərtər regional təhsil idarəsinin maliyyə şöbəsinin müdiri) çatır.

Evdə təhsilə cəlb edilmiş şagirdlər yenidən psixoloji-tibbi-pedaqoji komissiyadan keçirilsə 90%-nin məktəbdə dərs məşğələlərində iştirak etdikləri aşkar olar.

Sadəcə saxta sənədlər düzəldərək fərdi dərs saatları yazmaqla hər ay alınan vəsait M.Vəliyevə çatır. LRTŞ-də əsas gəlir mənbəylərindən biridə fakultativ məşğələlərə ayrılan dərs saatlarıdır.

Bu dərs saatları tədris olunmur formal olaraq müəllimlərin adına yazılaraq hər ay alınan vəsaiti məktəb direktorları yığaraq M.Vəliyevə çatırırlar. Laçın rayon təhsil şöbəsində müəllimlərin əmək haqqı tarifləri rüşvətlə müəyyən edilir.

Hətta dəniz səviyyəsindən yüksəkliyə görə əmək haqqıya əlavə olunan 20-30% -də təhsil şöbəsinin müəyyən etdiyi miqdarda rüşvət verməklə bir çox müəllimlər yaşından və Laçın rayonu ermənilər tərəfindən işğal edilənədək heç bir yerdə işləməməsindən asılı olmayaraq yüksəklik ödənişi şamil edilir.

Şikayətçi Politika.Az-a qeyd edib ki, hər il dövlət büdcəsindən Laçın rayon təhsil şöbəsinə ayrılan yüz min manatlarla dövlət vəsaitini M.Vəliyev müxtəlif adlar altında talan edib:

“İnventarların satın alınmasına, yumşaq inventarların satın alınmasına, məktəblərin zəruri və əsaslı təmir bərpa işlərinə, dəftərxana ləvazimatlarının alınmasına, avadanlıqların satın alınmasına və digər xərclər üçün ayrılmış vəsaiti müxtəlif MMC- lərin adına sənədləşdirərək mənimsəyiblər.

Bir çox hallarda alına İnventarlar faktiqi bazar qiymətindən iki üç dəfə şişirdilib. Məsələn araşdırılma aparılsa bir stülün faktiqi bazar qiyməti 30 azn olduğu halda balansa 60-70 manat salınıb.

M. Vəliyev diplomu saxta olan 20-dən çox şəxsdən külli-miqdarda rüşvət alaraq çox asan yolla bir aylıq kursa göndərməklə məktəblərdə psixoloq vəzifəsinə təyin edib.

M.Vəliyev qeyri-qanuni yola 30-dan çox şəxsi yüksək məbləğdə rüşvət qarşılığında hərbi biletlə hərbi-hazırlıq müəllimi kimi işə götrüb.araşdırılma aparılsa bu şəxslər Latın əlifbasın belə bilmirlər.

LRTŞ-də Diplomu saxta olan "müəllimlərin" dəqiq siyahısı var hər tədris ilində bu müəllimlərdən rüşvət alaraq müəllim işləmələrinə icazə verilir. Laçın RTŞ-də yüzdən çox belə müəllim var.

LRTŞ-də yolxucu və keçrici xəstəlikləri ilə penisya alan ikinci qrup əlilərə 36-48 saat dərs tədris edirilir və əvəzində aylıq hesab yığılır.Hətda xəstəliklə penisya alan ikinci qrup əlilərdən M. Vəliyev yüksək məbləğdə rüşvət alaraq direktor vəzifəsinə təyin edib. Cənab təhsil naziri Mikayıl Cabbarov M.Vəliyev Laçın rayon təhsil Şöbəsin tam özələşdirib öz şəxsi şirkəti kimi idarə edir.

LRTŞ-nin tabeliyində 120-dən çox ümumtəhsil məktəbləri var, heç onların 60 normal faliyyet göstərmir hamısı M.Vəliyevin şəxsi büdcəsinə xidmət edir.LRTŞ-də təsildən başqa hər şey var bu şöbə korrupsiya içində itib batır.

Malik Vəliyev LRTŞ-də olan biznesinin davamlılığın təmin etmək məqsədi ilə LRTŞ-inin müdri vəzifəsinə yaxın qohumu Nicat Həsənovu yüksək məbləğdə rüşvət qarşılığında müdir təyin etirmişdi.

Nicat Həsənov ixtisasca iqdisadçıdır və bundan əvvəl kağız üzərində faliyyət göstərən Uşaq Gənclər İdaman məktəbinin rəhbəri vəzifəsini tutub yəni heç bir pedoqoji faliyyəti olmayıb.

Nicat Həsənovun təhsildən xəbəri yoxdu sadəcə rüşvət yığmaq məqsədi ilə bu vəzifəyə gətrilib. Laçın rayonunda 120-dən çox məktəb direktoru var bunlar içərisində LRTŞ-inin müdri işləyəcək adam tapılmayıb?”