backend

Antalya yanır, turistlər qaçır

Antalya yanır, turistlər qaçır

4 otel, suvenirlərin satıldığı mağaza və bir restoran yanıb.

Türkiyənin Antalya şəhərində meşə yanğınları artıq otel və pansionatların olduğu əraziyə keçib.

qaynarxett.az ANS-ə istinadən xəbər verir ki, 4 otel, suvenirlərin satıldığı mağaza və bir restoran yanıb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.

Antalyanın Kumluca qəsəbəsindəki istirahət mərkəzlərində olan turistlərin hamısı ərazini tərk edib. Hazırda meşə yanğınları davam edir.

Qeyd edək ki, Antalyanın Kumluca qəsəbəsində meşə yanğınları ötən gün günorta saatlarından başlayıb.

Ehtimal olunur ki, yanğın meşədə istirahət edən şəxslərin ehtiyatsızlığı ucbatından baş verib.