backend

Obamanın eks-prezident kimi ilk bəyanatı - Trampın əleyhinə oldu

Obamanın eks-prezident kimi ilk bəyanatı - Trampın əleyhinə oldu












ABŞ-ın eks-prezidenti Barak Obama ölkədə baş verən etiraz aksiyalarını dəstəklədiyini, insanların dini ayrıseçkiliyə məruz qalmalarına qarşı çıxdığını bəyan edib.

Bu barədə Obamanın nümayəndəsi Kevin Lyuisin Tvitter hesabında paylaşdığı bəyanatda bildirilib. Bu, B. Obamanın ABŞ prezidenti postundan getdikdən sonrakı ilk bəyanatıdır.

“Amerikaya məxsus dəyərlər təhlükə altında olduğunda ilk görmək istədiyimiz şey insanların öz konstitusion hüquqlarına dayanaraq toplaşıb, təşkilatlanıb öz səslərini açıq-aşkar şəkildə eşitdirməyə çalışmalarıdır”, - deyə mətndə qeyd olunub.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp yanvarın 28-də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmamasına dair fərman imzalayıb. Buna görə də ölkədə etiraz dalğası başlayıb.