backend

Təcili: ÖLKƏDƏ YENİ TƏLATÜM - İcra başcılarının yarpaq tökümü başladı

Təcili: ÖLKƏDƏ YENİ TƏLATÜM - İcra başcılarının yarpaq tökümü başladı
Prezident müşavirə keçirib, onları topladı və sərt xəbərdarlıq etdi.

Bu müşavirə bir neçə gün qabaq yazdıqlarımızın reallaşması idi. İqtidar rəhbərliyi xalqı süründürən və rüşvətə bulaşan məmurlarla haqq-hesab çürüdür.

Bundan sonra icra hakimiyyətlərinə nəzarət daha da gücləndiriləcək. Müşavirədə səslənən fikirlər və prezidentin onlara söylədikləri yeni prosesin başlanğıcıdır.

“Mən dəfələrlə demişəm ki, məmurlar xalqla yaşamalı, özü və ailə üzvləri təvazökar olmalıdır".

Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda deyib.

Dövlət başçısı bildirib ki, məmurlar rüşvətxorluqla məşğul olmamalıdır: “Mən hər bir məmuru təyin edəndə deyirəm ki, get düzgün işlə, xalqa xidmət et. Təəssüf ki bəziləri nəticə çıxarmır, nəticədə cəzalandırılırlar. Biz "Asan Xidmət"i yaratdıq, hələ bir şikayət etməmişəm.

Bu, ictimai xidmətlər sahəsində yenilikdir. Bu, həm bizim iradəmizi göstərir, həm də bunu etməyin mümkünlüyünü göstərir. Hər şey məmurlardan asılıdır. Məmurlar işlərində nöqsana yol verərlərsə, cəzalandırılacaqlar”.

Müşavirədə vəziyyət məmurların təşviş içində olduğunu deməyə əsas verir.

Regionlarda icra başçıları və nazirliklərdə vəzifəli şəxslər vətəndaşların problemlərinə biganə yanaşır, onların şikayətlərini dinləmir, qapıdan qovur.

Bu kimi hallar dəfələrlə rastımıza çıxıb, mətbuatda ictimailəşib. Əsasən də rayonlardakı icra başçılarından və bəzi nazirlərdən şikayətlər üstünlük təşkil edir.

Bu gün, vətəndaşların ən çox əziyyət çəkdiyi məsələ, Cənab Prezidentin söylədiyi kimi, xalqın xidmətçisi olan irili- xırdalı məmurların saymamazlığı və və yerlərdə vətəndaşların qaldırmış olduğu problemlərə laqeyd qalmasıdır.

Ən acınacaqlısı odur ki, qəbul etməmələri bir yana, istənilən sahədə olan yüksək səviyyəli dövlət qurumlarına edilmiş şikayətlər, göndərilir haqqında şikayət verilmiş qurumun və ya şəxsin üzərinə.

Bu dövlətin Şəxsən Cənab Prezidentin gördüyü bunca işlərə kölgə və inamsızlığa xidmət edən bir haldır və bu hal dərhal aradan qaldırılmalı hər kəs nəhayyətdə öz vəzifəsini anlamalıdır. Anlamalıdır ki, mən bu xalqın ödədiyi vergidən bəslənirəm ona görə ki, ona xidmət edim.

Müşavirədən sonra icra hakimiyyətlərinin fəaliyyətində dəyişikliklər olacaq. Hətta vilayətlərin yaradılması və RİH-lərin ləğvi planı reallaşa bilər. Prezident ASAN xidmətin fəaliyyətinə toxunmaqla həm də bu məsələyə eyham vurmuş olub.

2017-ci il iqtisadi cəhətdən Azərbaycan üçün asan olmayacaq. Hakimiyyət dairələri analiz edərək regionlarda əhalinin ayaqlanmasının qarşısını almağa, bürokratik əngəlləri, məmur özbaşınalığını sıfıra endirməyi planlaşdırıb.

Əldə etdiyimiz siyahıya görə, son zamanlar ən çox şikayətlər Neftçala, Xızı, Masallı-Lənkəran, Lerik, Sabirabad və Zərdab, Göyçay və Hacıqabul, Gəncə, Binəqədi və Yasamal rayon icra hakimiyyətlərindən daxil olur.Politika.az