Təcili: PREZİDENTİN QƏTİ GÖSTƏRİŞİ - Xalqı üsyana sürükləyən TRİO və BUNUN BƏDƏLİNİN ÖDƏNİLƏCƏYİ GÜN...

24 903

Təcili: PREZİDENTİN QƏTİ GÖSTƏRİŞİ - Xalqı üsyana sürükləyən TRİO və BUNUN BƏDƏLİNİN ÖDƏNİLƏCƏYİ GÜN...
Azərbaycanda üzən devalvasiya davam edir. Manatın dəyərdən düşməsi və qiymət artımı xalqı kasıblaşdırıb

“Strateji Yol Xəritəsi”nin qəbul olunması iqtisadi islahatlar üçün mühüm qərardır.

Bu xəritənin icrası istiqamətində fəallıq müşahidə edilir. Amma ölkədə sosial həyatı ağırlaşdıran bir zümrə var.

Hər kəsə bəllidir ki, Azərbaycanda pis nə varsa, bunların hamısının müəllifi məhz rüşvətxor və korrupsioner məmurlardır.

Əgər ölkədə vəziyyət getdikcə pisləşirsə, xalqın sosial durumu hər gün gərginləşirsə, deməli, bu hadisənin də səbəbkarlarını uzaqda axtarmağa lüzum yoxdur.

Ölkəni idarə edən məmurların yaxasından tutub ölkənin və xalqın durumunu yaxşılaşdırmağı onlardan ciddi tələb etmək lazımdır.

Ölkə Prezidenti də hədəfi düzgün seçib. Problemlərin kim tərəfindən yaradıldığını dəqiq bilir. Lakin məmurlar Prezidentin sonsuz xəbərdarlıqlarına lazımınca əhəmiyyət vermirlər. Onlar tezliklə bunun bədəlini alacaqlar.

İqtisadi böhran səbəbindən Azərbaycanın bölgələrində baş qaldıran lokal narazılıq səngisə də, ölkə vətəndaşlarının mövcud iqtisadi vəziyyətdən əziyyət çəkdiyi danılmazdır.

İqtisadi böhran iş yerlərinin bağlanması, ərzaq məhsullarının bahalaşması ilə bərabər ölkədə oğurluq, dələduzluq, tam məqsədi ilə törədilən cinayətlərin kəskin artmasına gətirib çıxardı. Faktiki olaraq Azərbaycanı uçuruma sürükləyən aclıqla imtahana çəkən üç nazir var.

Bunlar - ərzaq qıtlığı və bahalaşma yaradan kənd təsərrüfatı naziri Heydər Əsədov, manatın qatili Mərkəzi Bank sədri Elman Rüstəmov və sahibkarlara qan udduran, prezidentin son müşavirəsinin ardınca əlavə vergilərin ləğv olunacağını söyləyən vergilər naziri Fazil Məmmədov trionu tamamlayır.

Azərbaycan əhalisi sürətlə yoxsullaşır. İki devalvasiya yaşayan xalqın iqtisadi vəziyyəti getdikcə ağırlaşır.

Politika.Az yada salır ki, artıq yaranmaqda olan orta təbəqə silinir və yenidən 90-cı illərə qayıdış baş verir. Bu gedişatın da əsas səbəbkarı məhz iqtisadi bloka daxil olan yuxarıdakı üç iri ranqlı məmurlardır.

Sahibkarlar müflis olub, fermerlər zərərlə işləyir, ticarətçilər və kəndlilərin sosial həyatı çətinləşir, banklara borcu olan milyonlarla insan ödəniş edə bilmir və qarşılığında qiymətlər bahalaşmaqda davam edir.

Ancaq qarşıya qoyulan tapşırıqlar icra edilməyib. Ölkə başçısının göstərişlərinə qarşı gedərək 3 nazir Azərbaycanı düşdüyü vəziyyətdən də ağır duruma salıb.

Qaynarxett.az