backend

2 saylı Dəmir Yolu Poliklinikasında “su korrupsiyası” - Baş həkimi Həmzə Həsənov Cavid Qurbanovu saymır?

2 saylı Dəmir Yolu Poliklinikasında  “su korrupsiyası” - Baş həkimi Həmzə Həsənov Cavid Qurbanovu saymır?
Cavid Qurbanovun bu səhiyyə ocağında yaşananlardan xəbəri varmı?

Redaksiyamıza “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri qəsəbəsi A. Zeynallı 24 ünvanda yerləşən 2№-li Dəmir Yol Polikilinikası ilə bağlı ilginc məlumatlar daxil olub. Məlumatların bir qismi ümumi xarakterli olsa da, özəlliyi ilə diqqəti çəkən məqamlar da var.
İlkin olaraq bu polikilinikanın xidmət kontingenti ilə bağlı: müvafiq qanuna uyğun olaraq 2№-li Dəmir Yol Polikilinikası dəmiryolçulara və onların ailə üzvlərinə xidmət etməlidir. Döğrudur, bu polikilinikaya dəmiryolçular da müraciət etməli olur. Amma, ... gün ərzində bu polikilinikaya üz tutanlar sırasında Dəmir Yoluna heç bir aidiyyatı olmayanlar da olur. Həm də daha çox. Bunun adını pullu xidmət qoyublar: 8 manat qarşılığında “kartoçka” açılmalıdır. Əldə etdiyimiz məlumatlar və apardığımız müşahidələrdən belə məlum olur ki, əksər hallarda bu qaydaya ya əməl olunmur, ya da...
Məlumata görə, polikilinikanın baş həkimi Həmzə Həsənov stomotoloqlar başda olmaqla, demək olar ki, bütün həkimlərlə “centlimen razılaşması” əldə edib. Elə kənar pasiyentlərin bu polikilinikaya üz tutmasının başlıca səbəbi də bu faktordur. Həkimlər xidmətləri ilə qazandıqları ad-san səbəbindən pasiyent dairələrini genişləndirirlər. Baş həkim isə məlum “centlimen razılaşması” səbəbindən pasiyentlərin qeydiyyatı oldu-olmadı həkimlərə “gözün üstə qaşın var” deyə bilmir. Axı hər ayın məlum günü var...
Bu səhiyyə ocağından redaksiyamıza daxil olan və özəlliyi ilə daha çox diqqəti çəkən məlumat isə “su korrupsiyası” ilə bağlıdır. Bəli, barəsində yazacağımız məlumatı belə də adlandırmaq olar.(xeberinfo)Məlumata görə, 2№-li Dəmir Yol Polikilinikasının bütün su xətləri ötən ilin sonuna yenilənməli imiş. Bu məqsədlə heç də az olmayan (Yanlışlıq olar deyə, rəqəmi yazmırıq.) məbləğ də ayrılıb. Amma, baş həkimin sayəsində bu məbləğ elə su kimi də “buxarlanıb”. Para “buxarlanıb”, nəzərdə tutulan işlər də elə kağız üzərindəcə qalıb.
Çox keçməyib ki, yuxarıların diqqətini çəkən bu fakt Həmzə Həsənovu əməllicə silkələyib: necə olursa-olsun su xətləri çəkilməlidir. Təcrübəli baş həkim bu dəfə də “sudan quru çıxa bilir”: tibbi personalın sayəsində. Su xətlərinin yenilənməsi üçün lazım olan nəsnə biçarə tibbi personal arasında həllini tapır. Şübhəsiz ki, kimsənin narazılığının müşahidə olunmaması ilə. Həmzə Həsənov kimi baş həkim olan yerdə kimin cürəti nədir ki, ...

***
Məlumatlarda daha sonra baş həkimin digər özfəaliyyətindən və bu polikilinikadakı “besperedel”dən bəhs olunur. Hansı ki, bu haqda bir müddət əvvəl də mətbuatda yazılıb. Hətta Həmzə Həsənovun “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovu saymadığı da bildirilir. Ağzını köndələn qoyan baş həkimin Cavid Qurbanov haqqında yazılası mümkün olmayan ifadələr işlətdiyi də deyilir. Belə çıxır ki, əslən Qərbi Azərbaycandan olan Həmzə həkim Cavid Qurbanovu rəhbər olaraq qəbul etmək istəmir. Baş həkimin yuxarı dairələrdə güclü himayədarları var və elə bu səbəbdəndir ki, o, hətta öz rəhbərini də hesaba qoymur. Mənbənin məlumatına görə 2 saylı Dəmir Yolu Poliklinikasında vəziyyət xeyli kritikdir. Belə ki, bu müalicə ocağında rüşvətxorluq və korrupsiya halları son həddə çatıb. Əslində xidmətləri pulsuz olmalı olan və ilk növbədə dəmiryolçular üçün nəzərdə tutulan bu poliklinikada pulsuz heç bir iş görülmür. Həmzə həkimin gəlir mənbələrinin sırasında xəstəlik haqqında bülleten, tibbi arayış və 88 saylı forma xüsusi yer alırlar. Şübhəsiz ki, hər birinin də öz qiyməti var...
Hətta bildirilir ki, ara-sıra sözügedən poliklinikaya yoxlama göndərilsə də, Həmzə həkim öz ampluasından ayrıla bilmir. Mənbənin bildirdiyinə görə, sonuncu yoxlama zamanı Həsənov öz zibillərini ört-basdır etmək üçün xeyli “tərləməklə” yanaşı, yuxarı dairədə oturan himayədarlardan birinə ağız açmalı da olub.
Belə olan halda inanmaq çətindir ki, hörmətli Cavid Qurbanovun 2№-li Dəmir Yol Polikilinikasında yaşananlardan və Həmzə Həsənovun bu özbaşınalıqlarından məlumatı olsun.

Yazı hazırlanarkən baş həkimi də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki çabalarımız nəticəsiz qaldı.

REDAKSIYADAN: Növbəti sayımızda "HƏMZƏ HƏSƏNOVUN poliklinikada "AİLƏ PODRATI" və ŞOK MAXİNASİYALARI" sərlövhəli geniş yazımızı oxuya bilərsiniz. BİZİ İZLƏYİN!

24saatxeber.com