backend

BDYPİ-nin Salyan postunun inspektoru vətəndaşın sənədlərini niyə “itirib”?

BDYPİ-nin Salyan postunun inspektoru vətəndaşın sənədlərini niyə “itirib”?

İnspektor sürücüyə: ”Səninlə şəxsi söhbətim var”

Son zamanalar ölkədə yol polislərinin özbaşnalıqları haqda mətbuatda gedən yazıların ardı-arası kəsilmir.Bolgexeber.com-a müraciət edən Sultanov Asifin şikayəti də bu qəbildəndir,yəni yol polislərindəndir. Asif Sultanov bu gün onun başına gələnləri əməkdaşımıza nəql edib:”Bu gün saat 14:00 radələrində şəxsi avtomobilim ilə Bakı-Astara trası ilə Masallıdan Bakı istiqamətinə hərəkət edərkən Salyan rayonu ərazisində Dövlət Yol Polisinin (DYP) Salyan postunun əməkdaşı, baxmayaraq ki,heç bir yol-hərəkəti qaydasını pozmamışam, maşınımı saxlatdırdı və sənədlərimi istədi. Mən maşınımdan düşmədən sənədlərimi sakitcə ona təqdim etdim.Qeyd edim ki, mənim maşınla əlaqədar bütün sənədlərim qaydasındadır.

Lakin döş nişan nömrəsi 1029 olan YPX-nin inspektoru Dadaş Salahov maşınımın qapısını açaraq düşməyimi tələb etdi. Səbəbini soruşanda isə dedi ki, ”səninlə şəxsi söhbətim var” və mənim sənədlərimi götürüb 10–YP-896 nömrə nişanlı YPX xidməti avtomobilinin üstünə qoydu. Mən soruşdum ki, “axı mən hansı qaydanı pozmuşam?” cavabında Dadaş Salahov bildirdi ki, ötmə əməliyyatı etmişəm və bu zaman qaydaları pozmuşam .Özü də guya bu kameraya düşüb. Belə olan halda heç bir qayda pozuntusunu etmədiyimə əmin olduğum üçün sübut üçün bunun mənə göstərmilməsini istədim. Lakin inspektor Dadaş Salahov dediklərimə məhəl qoymadı və düz yarım saat məni səbəbsiz olaraq gözlətdirdi, digər maşınları saxladıb protokollar yazdı.

Hava çox isti olduğundan və xəstə olduğuma görə dözməyib yaxınlıqdakı kafedəki kölgəlikdə gözləməyə məcbur oldum. Bir müddət sonra postun komandiri Qulu müəllimlə əlaqə saxladım və onun həmin əməkdaşa zəngindən sonra sənədlərim başqa bir inspektor, Zahid Baxışov adlı şəxslə mənə göndərildi. Lakin buna baxmayaraq məlum oldu ki, sənədlərimin heç də hamısı yerində deyil.

Belə ki, onların arasında maşınımın etibarnaməsi yoxdu”.
Hal-hazırda maşınının etibarnaməsi inspektor tərəfindən “itirilən” Asif Sultanov mətbuat vasitəsilə BDYPİ-nin Salyan postunun inspektoru Dadaş Salahovun bu əməli bağlı daxili işlər naziri cənab Ramil Usubova və Dövlət Yol Polisi Baş İdarəsinin rəisi Ramiz Zeynalov müraciət edir: “Xahiş edirəm bu məsələ araşdırılsın və mənim sənədim qaytarısın.BDYPİ-nin Salyan postunun inspektoru Dadaş Salahovun mənə qarşı etdiyi əmələ hüquqi qiymət verilsin”.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.