backend

Məcburi köçkünlərlə "Azərişıq"ın işçiləri arasında kütləvi dava düşdü - FOTOLAR

Məcburi köçkünlərlə "Azərişıq"ın işçiləri arasında kütləvi dava düşdü - FOTOLAR

Pirşağının Qızılqum qəsəbəsində məcburi kökünlərlə Azərişıq Səhmdar Cəmiyyətinin əməkdaşları arasında dava düşüb.

Bu barədə psixoloq Ramil Nəcəfli Facebookda yazıb. Məlumata görə, dava 100-ə yaxın Azərişıq əməkdaşı ilə Qızılqum və Gilavar sanatoriyalarında məskunlaşan qaçqınlar arasında olub.

Davaya səbəb idarə əməkdaşlarının binalara sayğac quraşdırıldığına görə elektrik enerjisini kəsmək istəməsi olub.

"Burada dəhşət dava-qırğındır. Azərişığın 100-ə yaxın əməkdaşı bu qarda, boranda gəlib işığa sayğac qoymağa. Məntiqlə fikirləşsək əgər sayğac qoyulmağa başlansa işıqlar müvəqqəti olaraq kəsilməlidir. İşıqlar da kəsilsə buradakı əhali bu soyuqda, qarda, şaxtada qalıb donacaq. Çünki bu binalarda yeganə istilik vasitəsi yalınız işıqdır. Bu dövlət qurumundan gələn işçilər işığa sayğac quraşdırmaq üçün bir neçə günlüyünə işığı kəsəcəklər. Əhali həm bu səbəbdən, həm də binaların qəzalı olduğuna görə, sayğac quraşdırılmasına kəskin etiraz edirlər. Rəhbər işçilərdən heç kim gəlməyib. Gələn səlahiyyətsiz, icraçı işıq idarəsi əməkdaşları ilə qaçqınlar arasında mübahisə və etiraz zəminində dava gedir. Burada yaşayanlar demək olar ki, üsyan edir. Hamı bu addımı pisləyir. İdarə işçilərinə qarşı aksiya keçirməkdədirlər".