backend

Ağdam və Beyləqanın təhsil müdirləri nazirliyə çağırıldı

Ağdam və Beyləqanın təhsil müdirləri nazirliyə çağırıldı

Elmira Şükürova və Tofiq Sadıqovla bağlı bu gün qərar verilə bilər

Son günlər adları mətbuatın gündəmindən düşməyən və daha çox korrupsiya əməllərində hallanan iki rayonun təhsil şöbəsinin müdirləri Bakıya çağırılıb.Bolgexeber.com bildirir ki, bu barədə jam.az-a sözügedən nazirlikdəki mənbələrdən məlumat daxil olub.

Həmin məlumatda deyilir ki, Təhsil Nazirliyinə çağırılmış şöbə müdirlərindən biri Ağdamın təhsilinə rəhbərlik edən Elmira Şükürovadır. Qeyd olunur ki, xanım Şükürovanın dəvət edilməsinə səbəb haqqında kifayət qədər iddiaların irəli sürülməsi və rayon təhsilinin vəziyyətinin bərbad halda olmasıdır. Ancaq bütün bunlarla yanaşı, ən başlıca amil Ağdamın yeni icra başçısı Raqub Məmmədovun Elmira Şükürova ilə işləmək istəməməsidir. Elə nazirliyə də bu istəyini çatdıran icra başçısı şöbə müdiri ilə işləmək istəmədiyini onların diqqətinə çatdırıb.

Digər çağırılmış şəxs isə Beyləqan təhsil şöbəsinin müdiri Tofiq Sadıqovdur.Məlumat verən şəxs bildirir ki, Sadıqovun dəvət edilməsi səbəbi də həmkarınkından fərqlənmir. Sadəcə, bir məsələ ayrıdır ki, sözügedən rayondakı təhsil ocaqlarında bəzi neqativ halların baş verməsidir. Bu da bəzi qadın və kişi müəllimlər arasında yaşanan xoşagəlməz olaylarla bağlıdır.

Mənbə bildirib ki, hər iki rayonun təhsil şöbəsinin müdirlərinin işdən çıxarılma ehtimalı böyükdür.

qaynarxett.az