backend

Təcili!ÖLKƏ CAN VERİR: Bir tikə çörək uğrunda SAVAŞ - Prezidentlə xalqı üz-üzə qoyan MƏMURLAR və kütləvi həbslərə START...

Təcili!ÖLKƏ CAN VERİR: Bir tikə çörək uğrunda SAVAŞ -  Prezidentlə xalqı üz-üzə qoyan MƏMURLAR və kütləvi həbslərə START...

“Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır”.

Politika.Az xəbər verir ki, bu fikirləri prezident İlham Əliyev yanvarın 30-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda söyləyib.

Dövlət başçısı müşavirələrdə, konfranslarda tez-tez məmurlara xəbərdarlıq edir, onları özlərini yığışdırmağa çağırır, rüşvətə və özbaşınalığa son qoymağı tələb edir.

Bununla belə, hakim komanda içərisində prezidentin tapşırıqlarına qarşı gedən, xalqın qanını soran, sahibkarlara və sadə insanlara divan tutan nazirlər işini davam etdirir.

Onların fəaliyyəti barəsində Prezident Administrasiyasına mütəmadi şikayətlər ünvanlanır. Ölkə rəhbərliyi də müşavirələrdə məhz PA-ya gələn müraciətlərin statistikasına adekvat çıxış edir.

Doğrudur, bu dəfə konret nazirliyin adları açıqlanmadı. Lakin onlardan bəziləri özlərini ələ verdi. Gələn bilgilərdə iddia olunur ki, bəzi nazirlərin fəaliyyəti dövlət rəhbərliyini ciddi şəkildə narazı salıb.

Prezident “soyğunçuluq etməyin” deyərkən Vergilər Nazirliyini, Kənd Təsərüfatı Nazirliyini, Səhiyyə Nazirliyini, Dövlət Baytarlıq Xidmətini, Patent və Meterologiya Komitəsini nəzərdə tutub.

Eyni zamanda xalqın narazılıq etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Nəqliyyat Nazirliyi var.

Məmurlar Azərbaycanı iqtisadi fəlakətin içərisinə sürükləyir. Prezident İlham Əliyevin sosial-iqtisadi islahatlarının əksinə gedən Nazirlər Kabineti ölkədə sosial gərginlik üçün zəmin yetişdirir.

Bu araşdırmalar və analizlərin çıxardığı nəticənin ümumi leytmotivi ondan ibarətdir ki, oliqarxlamış odioz nazirlər və yüksək çinli məmurlar iqtisadi böhranın dünyada dərinləşdiyi bir zamanda əhali arasında təşviş, gərginlik yaradır.

İqtisadiyyatın ağır durumda olması, əhalinin kreditləri ödəyə bilməməsi, kommunal xərclərin qalxması, rayonlarda insanların bir tikə çörək uğrunda sözün həqiqi mənasında savaş aparmasını nəzərə alsaq məmurların prezidentlə xalqı üz-üzə qoyduğunu görmək olar.

Son aylar ölkə Prezidenti məmurlarla görüşlərin intensivliyini sürətləndirib. Buna səbəb manatın ikinci devalvasiyasından sonra ölkədə yaranmış sosial-iqtisadi böhranının güclənməsidir. Bəli, böhran Azərbaycanı silkələməkdə israrlıdır.


Qaynarxett.az