backend

SON DƏQİQƏ! Milli Məclisdən jurnalistlərə ŞOK QADAĞA

SON DƏQİQƏ! Milli Məclisdən jurnalistlərə ŞOK QADAĞA












Milli Məclisə akkreditə olunan kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin parlamentin foyesində sərbəst hərəkəti qadağan edilib.

Milli Məclis Sədrinin müavini Bahar Muradova və mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bununla əlaqədar iclas keçirərək, jurnalistlərə bir sıra təlimat və tövsiyələr verib.

İclas zamanı qeyd olunub ki, bəzi jurnalistlər deputatlar əyləşən foyedə və yeməkxanada görünürlər. Buna görə jurnalistlərə irad bildirilib.

Eyni zamanda tövsiyə olunub ki, jurnalistlər deputatlara qəfil yaxınlaşıb sual verməsinlər, əvvəlcədən mətbuat xidmətini xəbərdar etsinlər.

Bir qrup jurnalist isə Milli Məclisin əməkdaşı Akif Məmmədzadədən şikayətləniblər. Bildirilib ki, jurnalistlər Milli Məclisdə deputatlara yaxınlaşıb müsahibə almaq istəyən zaman Akif Məmmədzadə onlarla kobud rəftar edir, müsahibə almağa əngəl yaradır.

İclasda jurnalistlərin kompüterlə təmin olunması məsələsi də qaldırılıb.

mənbə: olke.az