backend

İcra Hakimiyyətində tədbir keçirildi

İcra Hakimiyyətində tədbir keçirildi
Nərimanov Rayon İcra Hakimiyyətində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan Azexport.az portalı üzrə təşviq və kommunikasiya işlərinin təşkili ilə bağlı tədbir keçirilib.

“Qaynarxett.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin rəhbərliyi, sözügedən mərkəzin və portalın nümayəndələri, eləcə də rayonda fəaliyyət göstərən sahibkarların birgə qatıldığı təqdimat mərasimini giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev Azexport.az portalının yaradılmasının ölkədə istehsal olunan ixracyönümlü məhsulların xarici tərəfdaşlara çatdırılmasının asanlaşdırılması və ölkəmizin ixrac potensialının artırılması istiqamətində mühüm addım olduğunu qeyd edib.

Sonra çıxış edən portalın rəhbəri Zaur Qardaşov Azexport.az portalının missiyasının Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformanın yaradılması olduğunu deyib.

İcra Hakimiyyətində tədbir keçirildi