backend

Təcili:ÖLKƏDƏ İNQİLAB - RREZİDENTİN QƏZƏBLİ TƏPKİSİ VƏ yolu Bayıla sarı olan kicik padşahlar...

Təcili:ÖLKƏDƏ İNQİLAB - RREZİDENTİN QƏZƏBLİ TƏPKİSİ VƏ yolu Bayıla sarı olan kicik padşahlar...

Hakimiyyət 2017-ci il siyasətində inqilabi dəyişikliklərə gedir; İqtidar daxili siyasi kursunda edəcəyi düzəlişlərlə ölkədəki sosial-iqtisadi gərginliyi azaltmağı hesablayıb...

Politika.Az-ın verdiyi xəbərə görə, bu yeni siyasi xəttin görünən tərəfləri göz qabağındadır.

Söhbət əvvəlcə Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin icra başçılarını toplayıb müşavirə keçirməsi, onlara rüşvətə son qoymağı tələb etməsi, ardınca prezident İlham Əliyevin keçirdiyi konfransda icra başçılarına etdiyi xəbərdarlıqlardan gedir.

Dövlət idarəçiliyində iki aparıcı siyasi xadimin ardıcıl xəbərdarlıqları məhz siyasi iqtidarın yeni kursundan xəbər verir.

Əvvəlcə PA rəhbəri, çox keçmir ki prezident icra başçılarını toplayıb danlayır. Onları xalqa xidmət etməyə, rüşvət almamağa, soyğunçuluq və özbaşınalığa yol verməməyə çağırır. Əlbəttə, daha əvvəlki çıxışlarda da bu göstərişlər və əmrlər olub.

Amma iqtisadi böhranın dərinləşdiyi mərhələdə, ötən ilin sonu, bu ilin əvvəlində R.Mehdiyevlə İ.Əliyevin icra hakimlərinə dalbadal barmaq silkələməsi hakimiyyətin məmur süründürməçiliyinə qarşı mübarizəni daha da sərtləşdirəcəyini deməyə əsas yaradır.

PA rəhbəri yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə, xüsusən də məhkəmə sədrlərinə sərt xəbərdarlıq edib. R.Mehdiyev onlardan işə məsuliyyəti artırmağı, rüşvət hallarına son qoymağı, vətəndaşlarla sıx işləməyi, problemləri yerində həll etməyi tələb edib.

Məlumata görə, PA rəhbəri bir neçə icra başçısı və məhkəmə sədrini, o cümlədən Ağcabədi, Suraxanı, Daşkəsən rayonlarının başçılarını, Bakı Apellyasiya Məhkəməsinin sədrini ayağa qaldıraraq, onları şəxsən tənbeh edib, işlərində dönüş yaratmağı tələb edib.

Bundan sonra yerli idarəetmə orqanlarına, icra strukturlarına nəzarət gücləndiriləcək. Hakimiyyət bölgələrdə başağrısı istəmir.

Azərbaycanda üzən devalvasiya davam edir. Manatın dəyərdən düşməsi və qiymət artımı xalqı kasıblaşdırıb. “Strateji Yol Xəritəsi”nin qəbul olunması iqtisadi islahatlar üçün mühüm qərardır.

Bu xəritənin icrası istiqamətində fəallıq müşahidə edilir. Amma ölkədə sosial həyatı ağırlaşdıran bir zümrə var. Hər kəsə bəllidir ki, Azərbaycanda pis nə varsa, bunların hamısının müəllifi məhz rüşvətxor və korrupsioner məmurlardır.

“Mən hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar. Onların da cəzası verilir və veriləcək”.

Bu fikirləri çıxışında prezident İlham Əliyev açıqlayıb. Prezident məmurları nümunə olmağa çağırıb: “Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır”.

İ.Əliyev yeni daxili siyasi kursda növbəti dəfə icra başçılarına barmaq silkələyib, onlara xəbərdarlıq edib. Bu o deməkdir ki, prezidentin hansı icra başçısının nə etdiyindən agahdır.

Ölkə başçısı bilir ki, yerlərdə qanunsuzluq edən, özbaşınalıqla məşğul olan, xalqı incidən kiçik padşahlar var. Və zamanında Qubada və İsmayıllıda baş verən hadisələr mərkəzi hökumətə göstərib ki, kiçik padşahların zülmünün sonu necə qurtarır.


Qaynarxett.az