backend

Bu ölkə Bakıyla Qarabağda vuruşmağa qərar verdi

Bu ölkə Bakıyla Qarabağda vuruşmağa qərar verdi

Artıq qətnamə qəbul edilib

Pakistan milli məclisi Ermənistanın Azərbaycan ərazilərinin işğal etməsini və Xocalı faciəsini müzakirə edib. Xarici işlər üzrə Daimi komitə müvafiq qətnamə qəbul edib.

Sənəddə həmçinin Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər öz əksini tapıb.

Komitə bəyan edib ki, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində dəstəkləyir və həmçinin tələb edir ki, BMT-nin Baş Assableyasının Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə dərhal əməl edilməli, tam və şərtsiz olaraq Ermənisatn silahlı qüvvələrinin işğal altındakı Azərbaycan ərazilərindən çıxarılmalıdır. Komitə dünya ictimaiyyətini və beynəlxalq təşkilatları problemin tezliklə həll olunması üçün Ermənistana təzyiq etməyə çağırıb.

Müzakirələrdə rəsmi Bakının Qarabağ probleminin sülh yolu ilə həlli üçün göstərdiyi səy dəstəklənib.