backend

PREZİDENTƏ XƏYANƏT: "AZADLIQ"a rüşvət verən yüksək cinli MƏMURLAR kimlərdir? - Onları bagışlamaq olarmı? - ŞOK SİYAHI

PREZİDENTƏ XƏYANƏT: "AZADLIQ"a rüşvət verən yüksək cinli MƏMURLAR kimlərdir? - Onları bagışlamaq olarmı? - ŞOK SİYAHI
Eynulla Fətullayevin rəhbəri olduğu haqqin.az və virtualaz.org saytlarının yaydığı məlumat əsasında araşdırma aparılır

Politika.Az-a daxil olan məlumatda iddia olunur ki, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə və qəzetin əməkdaşı Xaqani Əliyevə pul verən dövlət məmurları hakimiyyət tərəfindən təftiş edilir.

Adları açıqlanan məmurlar barəsində ölkə rəhbərliyinə məruzə olunacağı bildirilir. Buna səbəb hakimiyyəti və onun birinci şəxsini sərt tənqid edən qəzetdə həmin məmurların özləri barəsində məqalələri pul müqabilində dayandırmasıdır.

Prezident İlham Əliyevə xəyanət edərək yalnız özlərini düşünən və əməllərini gizlədən həmin oliqarx-məmurlarla bağlı ölçü götürüləcəyi deyilir.

Çünki bu məmurlar pul verərək özlərindən tənqid getməsinin qarşısını alıblar, halbuki “Azadlıq” qəzeti onlara etimad göstərmiş prezidenti hər gün tənqid edir.

Lakin dövlət məmurları yalnız özlərini fikirləşiblər.

Məlumatda deyilir ki, siyahı üzrə ayrıca araşdırma gedir və “Azadlıq”la anlaşmış vəzifəli şəxslər hədəfə alınıb.

Politika.Az-a daxil olan məlumatda iddia olunur ki, E.Fətullyevin yaydığı siyahı birbaşa dövlət rəhbərliyinin siyasətinə qarşı geən məmurları faş edib.

Məlumata görə 2014-cü ildə “Azadlıq” qəzeti “Azərenerji”nin rəhbəri Etibar Pirverdiyevin korrupsiya fəaliyyəti barədə ifşaedici məlumatlar dərc edib.

E.Pirverdiyev Q.Zahidə müraciət edib və təklif edib ki, mənimsəmələr və korrupsiya barədə məqalələrin dərcini dayandırsın.

Q.Zahid razılaşıb, lakin əvəzində iri məbləğdə pul tələb edib. Bu məqsədlə E.Pirverdiyevin nümayəndələri Q.Zahidlə Moskvada və Kiyevdə görüşüblər, ona tələb olunan məbləğdə pulu veriblər.

Misir Mərdanov təhsil naziri olduğu dövrdə “Azadlıq” qəzetinin müxbiri Xaqani Əliyevə birdəfəyə 10 min manat verib. Habelə M.Mərdanov hər ay Qənimət Zahidə 2 min manat göndərib.

Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov Baş prokuror olduğu dövrdə Qənimət Zahid ona zəng edərək qəzetə maddi yardım üçün müraciət edib və 5 min dollar istəyib.

E.Həsənov bu məbləği dərhal baş redaktora göndərib və bundan sonra da maliyyə yardımı göstərməyə hazır olduğunu çatdırıb.

Bunlarla yanaşı “Azadlıq” qəzetinin əməkdaşı Xaqani Əliyev qəzetdə nəqliyyat naziri Ziya Məmmədovun barəsində tənqidi məlumatların yayılmamasının əvəzində nazirin nümayəndəsindən bir dəfəyə 10 min manat pul və 20 ton qəzet kağızı alıb.

Politika.Az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin qohumu Ramazan Zeynalov isə qəzetin əməkdaşı Xaqani Əliyevə birdəfəyə 10 min manat verib.

Məlumata görə “Azadlıq” qəzeti “Təzəpir” məscidinin bərpası zamanı yol verilən korrupsiya faktları ilə bağlı tənqidi məqalə dərc edib. Bu məqalənin dərcindən sonra Milli Məclisin deputatı Cavanşir Paşazadə Qənimət Zahidlə görüşüb.

“Azərsu” ASC-nin nümayəndələri tərəfindən də tənqidi materialların dərc olunmamasının əvəzində “Azadlıq” qəzetinə pul verilib. Belə məlum olur ki, müxalifət KİV-lərinə yerli icra hakimiyyəti başçıları da pul veriblər.

Belə ki, “Azadlıq” qəzetinin müxbiri Xaqani Əliyevə Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev birdəfəyə 5 min manat, Nəsimi rayon icra hakimiyyətinin başçısı isə 15 min manat verib.

Məlumatlara görə “Azadlıq” qəzeti ötən il Xızı rayonunda Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin də iştirak etdiyi ov zamanı ehtiyatsızlıq üzündən adam ölümü barədə məqalə dərc edib. Qəzet pul alandan sonra bu mövzuda yazmağı ümumiyyətlə dayandırıb.

Eyni zamanda Daşkəsən rayonu icra hakimiyyətinin başçısı Əhəd Abıyevin barəsində tənqidi məqalələrin dərc olunmaması üçün “gününsəsi.info” saytının rəhbəri Pərviz Həşimliyə torpaq sahəsi verdiyi məlum olub.

Quba rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədovun isə eyni məqsədlə müxtəlif jurnalistlərə pul göndərdiyi bildirilir.


Qaynarxett.az