backend

Azərbaycanda yol polisi yoxa çıxdı

Azərbaycanda yol polisi yoxa çıxdı












Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin növbətçi hissənin sürücü-polis nəfəri Əliş Kərimov yoxa çıxıb

Bu barədə vətəninfo.az saytının soğrusuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən cavabda qeyd olunub. Məlumata görə, Ə. Kərimov ona təhkim olunmuş xidməti avtomobili İdarənin yaxınlığında yol kənarında saxlayaraq öz rəhbərliyinə xəbər vermədən naməlum istiqamətdə gedib.

"Hazırda onun qəfil gedişinin səbəbləri araşdırılır və yerinin müəyyən edilərək tapılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”, - deyə nazirlikdən bildirilib.

Saytın yaydığı digər məlumata görə isə, "Əlişka” ləqəbi ilə çağırılan sözügedən DYP əməkdaşı daha çox sürücülərə divan tutan şəxs kimi tanınır və onun Bakı şəhər DYP-nin Alay Komandiri Rəşadət Babayevlə yaxın olduğu da iddia edilir.