backend

BIYABIRCILIQ: Xalq artistinin qızı lüt soyundu - 18+VİDEO,FOTOLAR

BIYABIRCILIQ: Xalq artistinin qızı lüt soyundu - 18+VİDEO,FOTOLAR
















Xalq artisti Cəimlə Əminquliyevanın adı məşhur olmasa da qızı məşhur olmağın yolunu tapıb. Belə ki, Cəmilə xanımın qızı Ülkər çılpaq selfilərini sosial şəbəkədə paylaşıb. Bu paylaşımlar qızğın müzakirələrə səbəb olub. İndi həmin fotoları və videonu təqdim edirik:/Yenilik.az/




Bu cümlədən sonra siz yəqin ki, burda hansısa çılpaq video və fotolar gözləyirdiniz. Amma olmadı. Bu yazını açıb oxuyanda da yəqin ki, bu tanınmışın kimliyi, qızının gözəl və ya çirkin olduğunu bilmək istəyirdiniz. Hətta bəzi oxucular video və fotoları seyr edəndən sonra özünü ciddi göstərmək üçün “bu nədir, milləti pozursuz”, “belə yazılar gənclərin mənəviyyatını korlayır” və s. bu cür boğazdan yuxarı rəylər də yazacaqdı. Halbuki əksər hallarda o cür fikirlərin müəllifləri özləri o cür yazıları həsrətlə gözləyirlər. Əks halda siz niyə axı bu yazını açıb oxuyurdunuz? Siz qeyri-ciddi mövzulara maraq göstərməsəz, oxumasaz, ciddi yazılara maraq göstərsəz heç bir sayt yüngül xəbərlər verməz. Artıq kifayətdir. Biz cəmiyyətimizi bu “sarılıq” xəstəliyindən qurtarmalıyıq. Sosial problemləri qabartmalıyıq ki, əlaqədar qurumlar da oxuyub həll etsinlər. Dəfələrlə olub ki, hansısa rayonda məmur özbaşınalığından, vətəndaşa yaradılan problemdən yazmışıq əlaqədar qurumların araşdırmasından sonra heç bizim xəbərimiz də olmadan problem həllini tapıb.

Təbii ki, bütün məmurlara yuxarı orqanlar təkbaşına nəzarət edə bilməz. Vətəndaş nəzarəti də olmalıdır. Bunu dəfələrlə möhtərəm Prezidentimiz də xüsusi vurğulayıb. Yerlərdə olan problemləri, haqsızlıqları gərək çəkib göstərək ki, dövlət tədbir görsün, xalqa yuxarıdan aşağı baxan, işinin öhdəsindən gələ bilməyən məmurla bağlı qanuni ölçü götürsün. Sosial problemləri küçəyə çıxmaqla, yol bağlamaqla həll etmək mümkün deyil, küçəyə çıxıb icazəsiz etiraz aksiyası keçirəndə qanunu pozmuş olacaqsız, ictimai qaydanı pozmaq maddəsi ilə məsuliyyətə cəlb oluna bilərsiz, amma narazılığınızı, probleminizi yazılı şəkildə mətbuata və müvafiq qurumlara ünvanlayanda həm problemi müvafiq qurumların diqqətinə çatdırmış olursunuz, həm də haqlısınızsa probleminiz həll olunur. Ona görə də biz sizə yaşadığınız ərazidən asılı olmayaraq qarşılaşdığınız problemlərlə bağlı şikayətinizi bizə yazmanızı xahiş edirik. Bu zaman dəqiq ad və soyadınızı, telefon nömrənizi də yazmağı unutmayın, çünki “Vətəndaşların müraciətlərinə baxılması haqqında” qanuna əsasən anonim şikayətlərə baxılmır.

Qayvarxett.az